Yuxarı

Rusiyanın "hava atəşkəsi" təklifi: Ukraynaya böyük təhlükə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın "hava atəşkəsi" təklifi: Ukraynaya böyük təhlükə...

Qərb mediası xəbər verdi ki, Rusiya Ukraynaya qarşı müharibədə Trampa güzəşt olaraq “hava atəşkəsi” təklif edə bilər. Lakin belə bir atəşkəs Ukraynaya çoxlu qəm-qüssə və problemlər gətirəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları Ehtiyatçılar Şurasının rəhbəri İvan Timoçko bildirib.

Onun sözlərinə görə, əgər cəbhədə döyüş əməliyyatları dayandırılmasa, belə bir atəşkəs zamanı ruslar cəbhə xəttinə yaxın böyük sayda qoşun və texnika toplaya biləcəklər. Bundan əlavə, düşmən öz anbarlarını artilleriya zərbəsi məsafəsinə yaxınlaşdıra bilər.

“Ruslar bu anbarları açıq havada, təxminən 30-40 km məsafədə qura bilərlər, çünki belə halda arxa cəbhələrə PUA-ların zərbələri məhdudlaşdırılacaq. Üstəlik, onların, məsələn, hava və aviasiya zərbələrini dayandıracaqları dəqiq deyil. Rusları tanıyırıq, hansısa ayrıca təyyarə növündən istifadəni qadağan etməyi, digərlərindən isə istifadəni davam etdirməyi təklif edə bilərlər. Yəni burada onlar oyun oynaya bilərlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, daha öncə Rusiyanın Ukraynaya “hava atəşkəsi” təklifini edəcəyi xəbəri yayılıb.

Tarix
2025.08.07 / 09:08
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla