Yuxarı

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Xəzər dənizinin dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin əsas istiqamətləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirib.

Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

O, çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd etdi, su səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.

Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.

Ş.Mustafayev qeyd edib ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.

İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.

Tarix
2025.08.06 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla