Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd
olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə
Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin
Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan
edilib.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində
Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə
saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk
dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları
tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz
qoyub.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq
Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və
ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan
Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə
köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun
rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra
milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər
və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan
və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli
ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər,
beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan
istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin
etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk
dövlət Osmanlı dövləti olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci
ildə baş verib.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında
Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul
edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının
bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.
Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına
dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq
devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz
tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə
baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet
İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini
elan etdi.