Yuxarı

Ermənilərin Gürcüstana torpaq iddiası: Qara dəniz üçün…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Gürcüstana torpaq iddiası: Qara dəniz üçün…

Ermənilərin başqa ölkələrin ərazilərinə iddia etmələri artıq bizi təəccübləndirmir. Buna baxmayaraq, 30 il torpaqlarının 20 faizi erməni işğalında olan bir ölkə kimi belə bir hadisənin digər qonşularımızın da başına gəlməməsi üçün səylərimizi artırmalıyıq. Xüsusilə də Gürcüstan və Rusiya başa düşməlidir ki, ermənilər üçün “dost ölkə” anlayışı yoxdur. Bu ölkə və onun avantürist siyasi elitası sadəcə, əsassız iddialar istehsal edərək özlərini məzlum kimi göstərib başqa xalqların qanuni torpaqlarını işğal etməkdən başqa heç nə bilmir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ermənilərin Rusiyanın iki şəhəri üçün muxtariyyət tələbi və Abxaziyanı da erməniləşdirmək istəyini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, ermənilər vaxtilə SSRİ-nin süqutu zamanı etdiklərini indi Rusiyanın zəiflədiyini düşünərək təkrarlamaq istəyirlər:

“Rəsmi Moskvanın istər son zamanlar daxilində baş verən etirazlar, istərsə də xarici siyasətdə əvvəlki kimi aktiv olmaması görünür, erməniləri yeni ağa, sahib axtarışına sövq edib. Hətta yeni ehtimal ağalarının iştahını qabartmaq üçün Rusiyanın iki şəhəri üçün muxtariyyət və Abxaziyanı erməniləşdirmək kimi sərsəm bəyanatlar verirlər.

Ümumiyyətlə Ermənistanın Azərbaycanla yanaşı, hər zaman Gürcüstana ərazi iddiaları olub. Xüsusilə Cavaxetiya və Batuminin Gürcüstandan qoparılaraq Ermənistana birləşdirilməsi, bu yolla Qara dənizə çıxış əldə etmək ermənilərin Qarabağdan da əvvəlki xəyalı olub. Gəl ki, buna nə ruslar, nə də türklər izn verib. Buna görə də ermənilər daha məkrli plan quraraq 90-cı illərdə Qarabağı işğal edərkən eyni zamanda terrorçu dəstələrini Abxaziyaya könüllü olaraq göndərirdilər. Məqsəd bu ərazini öz nəzarətinə alaraq gələcəkdə Gürcüstana qarşı istifadə etmək idi. Faktiki olaraq bu gün ermənilərin Abxaziya tələbi bunu bir daha təsdiqləyir”.

Politoloq bildirib ki, hədəf heç də Abxaziya deyil. Hədəf Abxaziyada gürcülərin başını qataraq Cavaxetiya və Batumini ələ keçirmək, beləcə Qara dənizə çıxış əldə edərək Qərbin hər cür dəstəyini daha asan əldə etməkdir:

“Göründüyü kimi, ermənilər bütün qonşularını, hətta onları təmənnasız qoruyan, silah, maliyyə, hərbi yardım edən rusiyalı ağalarını da arxadan vurmağa hazırdılar. Təki məqam yetişsin, fürsət düşsün”.

Tarix
2021.02.14 / 10:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla