Yuxarı

İlham Əliyev: "Bu, bizi çox üzür" - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: "Bu, bizi çox üzür" - Video

Bu həftə təbii ki, bayraq üstündə və ya bayraq altında təhvil oldu. 97 il əvvəl təməli qoyulmuş respublika mahiyyət etibarilə müxtəlif mərhələlərdən keçdi və nəhayət, özünün demokratik və azad məzmununu bərpa elədi.

Dövlət başçısının bayram çıxışı isə xalqa bir müraciət idi. Belə müraciətlər adətən xüsusi hallarda, taleyüklü ərəfələrdə edilir. Prezident sadəcə camaatla danışmırdı, onun çıxışında həm də xalqa hesabat, səmimi bir etiraf var idi.

Dövlət başçısının çıxışında hər bir sahə üzrə maraqlı istiqamətlər var. Amma biz prezidentin çıxışının məhz ictimai nəzarət zərurəti ilə bağlı dediklərinin üzərində dayanacağıq. Çünki burada bizim etməli olduğumuz, etdiyimiz, bəzi hallarda etmədiymiz hərəkətlərə dövlət başçısının eksklüziv münasibəti var.

"Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir" – deyə Prezident vurğulayıb.

Tarix
2015.06.01 / 00:30
Müəllif
Mir Şahin
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla