9 oktyabr prezident seçkilərini müşahidə edərkən 20 saylı
Nərimanov İkinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində
maraqlı məqam qeydə aldıq.
Qeyd edək ki, seçki məntəqəsi məktəbin idman zalında yerləşir.
İdman zalındakı basketbol şitinin altında quraşdırılan müşahidə
kamerası isə seçki kabinələrinin düz içərisini görməyə imkan
verir.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin
rəhbəri Azər Sarıyevlə əlaqə yaratdıq. Mətbuat xidmətinin rəhbəri
qəti şəkildə müşahidə kamerasının seçki kabinələrini çəkmədiyini
bildirdi: "MSK-nın saytında həmin məntəqəyə daxil olub, canlı seçki
prosesinə baxa bilərsiz. Kamera kabinələri yox, seçki qutularını
görüntüləyir. Bu hal baş verə bilməz".
MSK-nın saytında göstərildiyi kimi, kameraların seçki qutularını
deyil, seçki kabinələrini görüntüləyə biləcəyi ehtimalını da Azər
Sarıyev qətiyyətlə inkar etdi: "Bu, mümkün deyil. Kameranın seçki
kabinələrinə nəzarət etməsini birmənalı inkar edirəm".