Yuxarı

İlham Əliyev təlim mərkəzinin açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev təlim mərkəzinin açılışında

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakubus" MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, dövlət başçısı deponun və mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, burada bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ümumi, avtobusların və nəqliyyatın idarəetmə mərkəzləri, mühasibatlıq, treninq mərkəzinin sinifləri, yeməkxana və digər otaqlar var.

Azərbaycan Prezidenti "Bakubus" MMC-nin inzibati binasında, Sürücü Təlim Mərkəzində, avtobus parkında yaradılan şəraitlə tanış oldu, avtobuslara baxıb.

Diqqətə çatdırılıb ki, yanacaqdoldurma məntəqəsində eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur.

Sonra dövlət başçısı Sürücü Təlim Mərkəzində avtobusların idarə edilməsi prosesini izləyib.

Tarix
2015.06.03 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla