Yuxarı

Paşinyan Moskvaya gedir: Putindən 2 xahiş və Bakının şərti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Moskvaya gedir: Putindən 2 xahiş və Bakının şərti

Paşinyanın Rusiyaya səfəri təsdiqlənir: Moskvaya gedəcək Nikol Paşinyan Putinlə görüşəcək.

İrəvan nə təsdiq, nə təkzib edir, lakin informasiyalar səfərin 7-8 apreldə baş tutacağı yöndədir.

Səfərin gündəliyinə iki məsələnin daxil olduğu haqda məlumat var:

- Paşinyan Putindən şəxsi təhlükəsizliyinin təmin edilməsinə zəmanət istəyəcək: 20 iyunda növbədənkənar parlament seçkiləridir, Nikol hakimiyyətini qorumaq dərdindədir;

- Putindən Ermənistanın “hərbi əsir” adlandırdığı Bakıdakı erməni terrorçuların seçki ərəfəsində qaytarılmasına kömək istəyəcək.

Bakının şərtləri qəbul ediləcəyi təqdirdə bu məsələyə isti münasibət bəsləyəcəyi gözləniləndir.

Əsas şərt isə budur: Erməni hərbi birləşmələrinin Qarabağdan tamamilə çıxarılması.

Bu, 10 noyabr razılaşmasının 4-cü maddəsində əksini tapır. Lakin Bakının əlindəki “kozır”ı təkcə bu məsələyə görə tamamilə çıxaracağı inandırıcı deyil, çünki bu maddə razılaşmada mövcuddur və yerinə yetirilməlidir. Bu baxımdan, əlavə şərtlər irəli sürülə bilər: Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin boşaldılması.

Paşinyanın seçki öncəsi bu şərtləri yerinə yetirəcəyi ehtimalı azdır, Ermənistan daxili siyasətinə bu və ya digər formada yön verən Bakı da erməni revanşistlərin əlini gücləndirəcək gediş etməyəcək.

Mümkündür ki, erməni qoşunlarının çıxarılması qarşılığında “əsirlərin” bir qismi qaytarılsın və bununla həm də Paşinyanın revanşistlər qarşısında əlinin gücləndirilməsi gedişi edilsin.

Digər şərtlərin yerinə yetirilməsi prosesi seçkidən sonraya saxlanıla bilər.

Burada əsas çətinlik Kərki kəndi ilə bağlı görünür. Ermənistan tərkibində anklav olan kəndin azad edilməsi üçün dəhlizə ehtiyac var.

Qazaxın 7 kəndinin qaytarılmasının kommunikasiyanın açılması prosesinə paralel həyata keçiriləcəyi gözləniləndir: Bakı-Qazax-İcevan yolunun açılması üçün öncə bu istiqamətdə sərhədin demarkasiyası, yolun üzərində yerləşən ərazinin taleyinin müəyyənləşdirilməsi lazımdır.

Bakının şərtləri arasında Qırmızı Bazar yoluna nəzarətin əldə edilməsi olduğuna dair məlumatlar da var: bu yolun taleyi ilə bağlı müzakirələr gedir.

Paşinyanın Moskva səfəri zamanı Azərbaycan liderinin Rusiya torpaqlarında olacağı, yeni üçtərəfli sənədin imzalanacağı da istisna deyil.

Tarix
2021.03.29 / 21:28
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla