Yuxarı

Bakı hansı prezidentləri barışdıracaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı hansı prezidentləri barışdıracaq?

"Bakı meydançası təkcə Putinlə Ərdoğan üçün yox, digər rəsmilərin də öz tərəf müqabilləri ilə fikir mübadiləsi üçün harmonik bir şərait yaradır".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Putinlə Ərdoğanın ikitərəfli Bakı görüşünü şərh edən politoloq üçtərəfli görüşün mümkünlüyünü də istisna etməyib:

"Rusiyanın qondarma erməni soyqırımını tanıması və siyasi cəhətdən qiymətləndirməsi təbii ki, Türkiyə tərəfindən müsbət qarşılana bilməzdi. Ona görə də əks addım kimi Türkiyə rəhbəri də Krım tatarları ilə bağlı öz iradlarını bildirdi. Faktiki olaraq qarşılıqlı ittihamlar dünya mediasının gündəminə gəldi. O vaxtdan bəri rəhbərlər arasında – seçkidən sonra Ərdoğanın təbrik edilməsi istisna olmaqla - nə telefon danışığı, nə də görüş oldu. Ona görə də indi Bakıda ikitərəfli görüş keçiriləcək. Ancaq ola bilsin ki, üçtərəfli görüş baş tutsun. Bu, istisna deyil. Soyuq savaşdan sonra Bakı görüşü münasibətlərin tənzimlənməsində mühüm rol oynayacaq. Hər iki dövlətin maraqlarının Qafqazda kəsişdiyini və birgə görüləcək işləri nəzərə alsaq, görüş həm gərginliyin aradan qalxması, həm də qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlər baxımından qazanılacaq siyasi və iqtisadi dividentlər barədə də fikir mübadiləsi aparılacaq. Hesab edirəm ki, Bakı meydançası təkcə Putinlə Ərdoğan üçün yox, digər gələcək rəsmilərin də tərəf müqabilləri ilə fikir mübadiləsi üçün harmonik bir şərait yaradır. Mümkündür ki, Bakı meydanında yeni təşəbbüslərin təməli qoyulsun. Bunun üçün bütün imkanlar var".

Tarix
2015.06.11 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur - Şeyx

Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi

Hesablama Palatasından mühüm təklif

Bakı və İrəvan delimitasiya üzrə layihələri razılaşdırdı

40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır

Rəsmi Bakı AP ilə münasibətləri dayandıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla