Yuxarı

HDP-nin azərbaycanlı deputatından mühüm - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
HDP-nin azərbaycanlı deputatından mühüm - Açıqlama

"Əslində, çalışmağımıza və xalqımızın bizə göstərdiyi marağa görə belə olacağından əmin idik. 12 illik AKP iqtidarından sonra xalqımız "artıq yetər" dedi. Həm iqtidara olan təpkiyə görə, həm də Xalqların Demokratikləşmə Partiyası bütün xalqlara dini, dili, irqi, mənsub olduğu milliyyəti ilə bərabərhüquqlu təmsiliyyət haqqı tanıdığı üçün xalqımıza bir ümid olmuşdu. Bu baxımdan, seçim sonucları çox da sürpriz olmadı".

Axar.az xəbər verir ki, bu sözləri HDP-nin azərbaycanlı millət vəkili Qıznaz Türkeli "BBC Azərbaycanca"ya geniş müsahibəsində deyib.

Türkeli məlumat verib ki, ailəsi Təbriz və Qum şəhərlərindən İqdıra gəliblər. İqdırda doğulub-böyüyüb. Onun sözlərinə görə, HDP bir Türkiyə partiyasıdır: "Amma insanlardakı mühakimə üzündən kürd partiyası kimi qəbul edilirdi.

HDP-nin ortaq qurucularına baxıldığında sosialistləri, inqilabçıları, əməkçiləri, QHT-lərdən gələn insanları görmək olar. Mənim azəri kökənli olmam burdakı azərilərin səsini qazanmaq istəyi kimi qəbul edilməsin.

Mən, zatən sosialist ənənələrindən gələn qadınam. Kürd və azərbaycanlılar arasında bir problem yoxdur. Çünki bunlar bu coğrafiyada birlikdə yaşamışlar, qız alıb-vermişlər, mədəniyyətləri belə bir-birinə bənzəməyə başlayıb".

Millət vəkili Ermənistanla sərhədlərin açılması mövzusuna toxunub:

"Düşünürəm ki, indiyə qədər mövcud olan iqtidar manevrlər etdi. Bölgədəki xalqları aldadaraq bəzi şeylər etdi. Mən hər iki xalqın təmsilçisiyəm.

Önümə gələn qanun layihələrinə öncəliklə hər iki xalqımın, özəlliklə də azəri xalqımın çıxarlarını incələyib ona görə qərar vermək istəyirəm. Amma indi qəti bir şey söyləmək istəmirəm".

Tarix
2015.06.12 / 15:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rusiya 10 noyabr razılaşması ilə bağlı bəyanat yaydı

Hacızadə: 907-ci düzəlişin tam ləğv edilməsi üçün...

9 noyabrda Rusiya Bakıya təklif edib ki... – İlk dəfə açıqlandı

Şahbaz Şərif Azərbaycana gəldi

Fransa ilə yeni dövrə start verildi - XİN

Digər 4 anklavın Azərbaycana qaytarılması... - XİN

Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Peskovun babası Bakıda güllələnibmiş

Ərdoğan İlham Əliyevi təbrik etdi

Bələdiyyələrə subsidiyalar azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla