Yuxarı

Bizi ciddi fəlakət gözləyir - Japarov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizi ciddi fəlakət gözləyir - Japarov

Qlobal iqlim dəyişikliyi dünya miqyasında su ehtiyatlarına təzyiqi artırır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Dövlət başçısı bildirib ki, bu gün 3,6 milyarddan çox insan su çatışmazlığı ilə üzləşir və 2050-ci ilə qədər bu rəqəm 5 milyardı keçəcək. Temperatur sürətlə yüksəlir, yağıntılar azalır və quraqlıqlar yaranır. Ekstremal hava hadisələri getdikcə daha tez-tez baş verir.

Sadır Japarov qeyd edib ki, qlobal istiləşmə planetin su dövranına birbaşa təsir göstərir və onun nəticələri bütün ölkələrdə hiss olunur:

“Elmi tədqiqatlar göstərir ki, buzlaqların əriməsi sürətlənir, son 70 ildə Qırğızıstanda buzlaqların sahəsi 16 faiz azalıb. Buzlaqların yox olması çay və su anbarlarının axınının azalması və enerji istehsalı üçün şəraitin pisləşməsi deməkdir”.

Prezident bu fonda İssık-Kul gölündəki vəziyyətə diqqət çəkib:

“1854-cü ildən bəri göldə suyun səviyyəsi təxminən 14 metr aşağı düşüb, həcmi hazırda 85 milyard kubmetrdir və ona axan çayların sayı üç dəfədən çox azalıb. 1950-60-cı illərdə gölə təxminən 100-110 çay axırdı, indi isə cəmi 30-35 çay. Bu tendensiya davam edərsə, region ciddi ekoloji və sosial-iqtisadi nəticələrlə üzləşəcək”.

Tarix
2025.12.25 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla