Yuxarı

Razuvayev: Bakıya mane olsa, İrəvan qovulsun!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Razuvayev: Bakıya mane olsa, İrəvan qovulsun!

Azərbaycan və Tacikistan Aİİ-nin Hökumətlərarası Şurasında iştirak etməyə dəvət olunub. Bu mötəbər tədbir 29-30 aprel tarixində Kazanda keçiriləcək. Azərbaycanı dəvət etmək təklifi Qazaxıstandan gəlib. İndi Aİİ ölkələri bu imkanı müzakirə edirlər. Lakin bir problem var. Bu iki ölkənin bu təşkilatın işində iştirak etməsi üçün nümayəndə heyətinin üzvü olan bütün dövlətlərin razılığı tələb olunur. Azərbaycanla bağlı məsələdə əsas maneə isə İrəvandır.

Bu barədə Axar.az-a tanınmış rusiyalı iqtisadçı Aleksandr Razuvayev bildirib.

Onun sözlərinə görə, hazırda Aİİ-də əsas iştirakçılar - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya ilə yanaşı, müşahidəçi ölkələr də var: Moldova, Özbəkistan, Kuba.

“Avrasiya inteqrasiyasının təşəbbüskarı Rusiya deyil, Qazaxıstandır. Avrasiya milli pul vahidi də daxil olmaqla, ilk dəfə Aİİ haqqında 1994-cü ildə Moskva Dövlət Universitetində mühazirəsi zamanı Qazaxıstanın ilk prezidenti cənab Nazarbayev çıxış etmişdi. Yaxın vaxtlarda Aİİ-yə İran və Asiyanın yeni pələngi - Özbəkistan da qoşula bilər”, - deyə müsahibimiz qeyd edib.

Ekspert bildirib ki, əgər İran Aİİ-yə daxil olsa, Azərbaycanın iri logistika mərkəzi olmaq imkanı yaranacaq:

“İndi isə ən maraqlı məqamı qeyd edək: Ermənistan və Azərbaycan iqtisadiyyatlarını müqayisə etmək və müvafiq olaraq Aİİ üçün onların faydalılığı haqqında danışmaq, sadəcə, gülüncdür. İş onda deyil ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından qat-qat böyükdür. Söhbət ondan gedir ki, İrəvan Aİİ üçün tormoz rolunu oynayırsa, Bakı bu təşkilatın generatoru ola bilər.

Azərbaycanın iqtisadi üstünlüyündən savayı Minsk, Moskva və Astana ilə dostluq münasibətləri var. Şərq Bloku - malların, xidmətlərin və kapitalın vahid bazarıdır. Rus, türk (Orta Asiya və Azərbaycan – red.) və farsların daxil olduğu təqdirdə bu təşkilata Türkiyə də dəvət olunacaq. Unutmayaq ki, orta əsrlərdə Moskva Qızıl Ordunun bir hissəsi idi. Mənim fikrimcə, əgər İrəvan bu inteqrasiyanın qarşısına çıxsa, Aİİ-də Ermənistanın bu təşkilata lazım olub-olmaması məsələsinə baxılacaq.

Ermənistan zəif iqtisadiyyata, qeyri-müəyyən siyasi hakimiyyətə malik olan bir ölkədir. Rəngli inqilablar ölkələrə heç vaxt xoşbəxtlik gətirmir”, - deyə Razuvayev bildirib.

Tarix
2021.04.19 / 14:25
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı

Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla