Ana səhifə Gündəm |
Bakıda açılan Hərbi Qənimətlər Parkında Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, Xocalı kimi qətliamlar törədən, milli, dini abidələri, şəhər və kəndləri yerləbir edib, yerin altına ancaq mina basdırmaqla məşğul olan və işğaldan azad edildikdən sonra belə yenə də mülki şəxslərin ölümünə səbəb olan erməni əsgərlərin maketinin qoyulması, onların çarəsiz, məğlub və məxsusən “uzunburun” göstərilməsindən “dəhşətli dərəcədə pəjmürdə” olan özünü azərbaycanlı adlandıranlara dünyanın müxtəlif ölkələrindəki müharibə muzeylərini xatırlatmağa ehtiyac yoxdur. Çünki onlar bunu onsuz da “görməyəcəklər”.
Yalnız Ermənistanda, Şirakda qoyulan və Osmanlı dövlətinin Baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryanın heykəli “unltrakosmopolit” cildinə girənlər üçün kifayətdir.
Axar.az xatırladır ki, ermənilərin xəyanətinə görə onları öldürməyən, yalnız köçünə qərar verən Tələt Paşaya qarşı Daşnaksütyun terrorçuları sui-qəsd ssenarisi hazırlayır və “Nemesis” (yunan mifologiyasında intiqam mələyi deməkdir) əməliyyatı keçirir. Belə ki, muzdlu qatil Soqomon Teyliryan Almaniyanın Berlin şəhərində Tələt Paşanı evindən çıxarkən güllə ilə vuraraq öldürür.
Şirakda qoyulan bu heykəldə Tələt Paşanın kəsilmiş başı erməni muzdlu qatilin ayağı altında, təhqir edilmiş formada göstərilir.
O psevdo-beynəlmiləlçi humanist sürüsü bir dəfə bu heykəldən də danışsa, kimin xətrinə dəyməklərindən qorxurlar: erməni qəyyumlarının, Sorosun, yoxsa qohum-əqrəbalarının xətrinə dəymiş olarlar?
Tarix
2021.04.19 / 14:51
|
Müəllif
Axar.az
|