Yuxarı

Şevçenko dövlətə xəyanətdə ittiham olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şevçenko dövlətə xəyanətdə ittiham olunur

Ukraynada Ali Radanın deputatı Yevgeni Şevçenko dövlətə xəyanətdə ittiham olunub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Teleqram kanalında məlumat verilib.

“Təhlükəsizlik Xidməti, Dövlət İstintaq Bürosu və Baş Prokurorluq Ukraynanın hazırkı deputatının dövlətə xəyanətinə dair sübutlar toplayıb”, - bəyanatda deyilir.

Hüquq-mühafizə orqanları deputatın adını açıqlamayıblar. Ancaq Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Sergey Leşşenkonun Teleqram kanalında verdiyi məlumata görə, söhbət deputat Yevgeni Şevçenkodan gedir.

İş materiallarına görə, Şevçenko 2024-cü ilin oktyabr-noyabr aylarında Rusiya Federasiyasının maraqları naminə məlumat və təxribat fəaliyyəti ilə məşğul olub, Ukrayna müdafiə qüvvələrinin komandanlığı və ölkə daxilində ictimai əhval-ruhiyyə haqqında təhrif olunmuş məlumatlar yayıb.

Qeyd edək ki, Yevgeni Şevçenko Radanın müstəqil üzvüdür. 2021-ci ildə o, Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdən sonra Xalqın Xidmətçisi Partiyasının parlament fraksiyasından xaric edilib.

Tarix
2024.11.14 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla