Yuxarı

Kəmaləddin Heydərov Hua Liunu qəbul etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Hua Liunu qəbul etdi - Foto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Hua Liunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq Bakıda keçirilən COP29-un əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olduğu 2001-ci ildən etibarən ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından danışıb, respublikamızda nüvə və radioloji fəaliyyət sahəsində tənzimləyici funksiyaları yerinə yetirən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edib. Təşkilatla həyata keçirilən birgə layihələrin, o cümlədən treninq və seminarların faydasından danışan nazir müxtəlif səviyyəli görüşlərin, keçirilən müzakirələrin münasibətlərə töhfə verdiyini deyib.

Səmimi görüşə görə təşəkkürünü bildirən AEBA-nın baş direktorunun müavini Hua Liu Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Qonaq təmsil etdiyi təşkilatla milli əlaqələndirici qurum olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əlaqələrinin yüksələn xətlə inkişafından, ölkəmizdə nüvə və radioloji təhlükəsizlik sahəsində görülən tədbirlərdən məmnunluq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2024.11.14 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla