Yuxarı

Zəhərli duman Tac-Mahalı görünməz etdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəhərli duman Tac-Mahalı görünməz etdi - Foto

Hindistanı bürüyən qatı zəhərli duman təbəqəsi Aqradakı Tac-Mahalı və Amritsardakı Harmandir Sahib kimi ikonik yerləri görünməz edib.

Axar.az Unikal-a istinadən xəbər verir ki, duman o qədər qatıdır ki, Tac Mahal ona bitişik bağlardan belə görünmür.

Həmçinin qeyd edilir ki, Yeni Dehli Beynəlxalq Hava Limanında görmə məsafəsi 300 metrə qədər azalıb ki, bu da gedişlərin 88%-nin, gəlişlərin isə 54%-nin gecikməsinə səbəb olub.

Səlahiyyətlilərin məlumatına görə, tüstünün yaranmasına havanın yüksək səviyyədə çirklənməsi, yüksək rütubət, zəif külək və aşağı temperatur səbəb olub. Yerli sakinlər səhhətinin pisləşməsindən şikayətlənir, azyaşlılar allergiya, öskürək, soyuqdəymə və astma xəstəliyindən əziyyət çəkirlər.

Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) ikinci gün ardıcıl olaraq 430 kritik səviyyədə qalıb ki, bu da ciddi təhlükə kimi təsnif edilir.

Tarix
2024.11.14 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla