Yuxarı

Şuranın ləğv edilməsinə Azay Quliyevin – Şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuranın ləğv edilməsinə Azay Quliyevin – Şərhi

Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında, qeyri-hökumət təşkilatlarının bundan sonrakı fəaliyyətinin yeni reallığa və mövcud tələblərə uyğun şəkildə qurulmasında, QHT və hökumət münasibətlərində də yeni keyfiyyət mərhələsinə keçiddə bu fərmanın çox böyük əhəmiyyəti var. Dövlətin qeyri-hökumət təşkilatlarına yönəlik siyasətində canılanma olacaq. Fərmandan irəli gələn bir çox dəyişikliklər həyata keçiriləcək. Ölkədə keçirilən hər bir islahatların əsas məqsədi dövlət qurumlarının fəaliyyətini maksimum şəkildə optimallaşdırmaq, effektivlik, şəffaflıq və əlçatanlığı yüksək səviyyəyə qaldırmaq və vətəndaşların məmnunluğunu artırmaqdır. Bu baxımdan agentliyin təsis olunması çox mühüm hadisədir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi və Şuranın bazası əsasında Agentliyin yaradılması haqda imzaladığı fərmanla bağlı “Real İntervyu”ya müsahibəsində deyib.

Azay Quliyev bildirib ki, Agentliyin səlahiyyətləri daha çoxdur:

“Agentliyin Şuradan fərqi ondan ibarətdir ki, Şuranın statusu bəlli deyildi. Şura nə dövlət orqanı idi, nə qeyri-kommersiya təşkilatı, nə də publik hüquqi şəxs. İndiki statusda Agentlik publik hüquqi şəxs kimi təsis olunur. Publik hüquqi şəxsin qərar qəbulunda sərbəstliyi və idarəetmədə aydın mexanizmi mövcuddur. Agentliyin bu gün əldə etdiyi səlahiyyətlər imkan verəcək ki, QHT-lərin bir çox problemləri daha effektiv formada həll edilsin. Şuranın illik maliyyə fondu dövlət büdcəsi tərəfindən ayrılırdı və başqa mənbələrdən vəsait əldə etmək çox çətin idi. Agentliyin təkcə dövlət büdcəsindən deyil, digər mənbələr hesabına öz fondunu formalaşdırmaq, kredit və qrantlar cəlb etmək səlahiyyəti olacaq. Fond nə qədər böyük olarsa, QHT-lərin layihələrinə daha çox vəsait ayrılar və irəli sürülən layihələr dövlət tərəfindən daha çox dəstəklənər. Agentlik dövlət, QHT və özəl sektor aransında üçtərəfli əməkdaşlıq mühitini formalaşdıracaq. Bu da korporativ sosial məsuliyyət çərçivəsində özəl sektorun QHT-lərə fəaləyyətlərinə dəstəyini artıracaq və ictimaiyyətə yatırımı çoxaldacaq.

Agentliyə eyni zamanda ictimai nəzarətlə bağlı fəaliyyəti təşviq etmək səlahiyyəti verilib. Agentliyin idarəetmə orqanı dəqiq olaraq qeyd olunub, bunlar Müşahidə Şurası və icraçı direktordur. İcraçı direktor Agentliyin cari fəaliyyətinin təşkilini həyata keçirir. Əvvəlki təcrübədən fərqli olaraq, qəbul olunan qərarlar Şuranın 11 üzvünün hamısı və katib tərəfindən imzalanır. Eyni zamanda bugünki fərmanda Agentliyin bina ilə təmin olunması xüsusi bəndlə qeyd olunur. Şuranın indiyə qədər inzibati binası yox idi”.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Axar.az-a açıqlamasında bildirib ki, Agentliyin Müşahidə Şurasına hələ rəhbər təyin olunmayıb.

Tarix
2021.04.19 / 16:03
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla