Yuxarı

Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - Video

Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər.

Axar.az ATV-yə istinadən xəbər verir ki, hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunur, lakin bu il qiymətlərin artımı artıq indi başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun bir kiloqramının qiyməti 4-5 manat artıb.

Satıcılar bildirirlər ki, iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu hal hind quşu ilə yanaşı qaz və ördəkdə də qiymətlərin yüksəlməsinə səbəb olub.

Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, hazırda 16-20 manat arasında dəyişir. Qazın kilosu 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manatadək qalxıb. Ördəyin kilosu isə 14-16 manat civarındadır. Satıcılar qeyd edirlər ki, yeni il qabağı qiymət artımı qaçılmazdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.11.10 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla