Yuxarı

Markov: "Bakıya qarşı çirkin kampaniya aparılır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markov: "Bakıya qarşı çirkin kampaniya aparılır"

"Mən Azərbaycanı nəhəng tədbir keçirməsi münasibəti ilə təbrik edirəm. Əminəm ki, çəkilmiş bütün əziyyət özünü doğruldacaq. Bu infrastrukturdan yalnız oyunlar zamanı deyil, gələcəkdə də istifadə olunacaq. Hər şey çox gözəl başlayıb və davam edir".

APA-nın məlumatına görə, bunu rusiyalı politoloq Sergey Markov "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

"Əlbəttə ki, əhali hər zaman pulların hara xərclənməsi, düzgün istifadə olunub-olunmaması ilə bağlı suallar verir. Bu suallar bütün idman yarışlarında verilir və bu sualları normal qarşılamaq lazımdır", - deyə o bildirib.

Son bir neçə həftə ərzində Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını deyən S. Markov Qərb və Avrasiya mətbuatında yer alan sifarişli məqalələri oxuyarkən xəcalət çəkdiyini bildirib: "Kommersant" qəzetində dərc olunan məqalə isə xüsusilə xoşuma gəlmədi, çünki qərəzli idi. Bu tərzdə yazmaq düzgün deyil. Təbii ki, bu cür yazılar siyası sifarişin nəticəsidir. Hər kəs bunun arxasında kimlərin olduğunu bilir. Əminəm ki, bu anti-Avropa Oyunları dalğası sakitləşəcək və gələcəkdə Avropa Oyunlarının təşkili obyektiv qiymətləndiriləcək. Biz bu kampaniya ilə Soçi Olimpiadası ərəfəsində rastlaşmışdıq. İndiyə qədər mədəni və idman sahəsində bütün Avropanı birləşdirən belə bir tədbir olmayıb, bu, ilkdir. Ümidvaram ki, bu oyunların keçirilməsi daimi xarakter alacaq".

Tarix
2015.06.16 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla