Yuxarı

Evlərinin damları olmayan şəhər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evlərinin damları olmayan şəhər...

İordaniyalı tədqiqatçı və jurnalist Ömər Əl-Armuti rəhbəri olduğu “Nayrouz” informasiya agentliyinin saytında azərbaycanlı jurnalist Süleyman İsmayılbəylinin işğaldan azad olunmuş Ağdam haqqında ərəb dilinə tərcümə edilmiş məqaləsini yayıb.

Axar.az xəbər verir ki, “Evlərinin damları olmayan Ağdam” sərlövhəli məqalədə ermənilərin işğalı dövründə bu şəhərdə çoxlu vandalizm aktları törədildiyi, Ağdamın tamamilə viran qoyulduğu diqqətə çatdırılıb. Müəllif yazır: “Avtobusumuz Bərdə rayonunu keçdikdən sonra gördüklərim məndə fərqli hisslər – qürur, məyusluq və təəssüf doğurdu. Əvvəl mövcud olmuş təmas xəttini keçdikdən sonra Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin rəşadətindən qürur hissi keçirdim. Orada ermənilərin inşa etdikləri 200-300 metrlik istehkamlar onların Azərbaycan əsgərindən nə qədər qorxduğunun əlaməti idi. Düşmən Ağdamda demək olar hər qarışı, hər küçəni minalayıb. Bu şəhərdə olduğum 6 saat müddətində gördüm ki, ermənilər ərazinin 95 faizinə minalar basdırıb. Bunun əsas hissəsi atəşkəsdən sonra vaxt qazanmaq üçün edilib. Belə ki, 10 noyabr razılaşmasından sonra Azərbaycanın humanist yanaşmasından sui-istifadə edən ermənilər Ağdamın bütün ərazisini minalayıblar. İndi onlar minaladıqları ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edirlər. Bu səbəbdən ərazinin minalardan təmizlənməsi əməliyyatları mürəkkəb və olduqca təhlükəli şəraitdə aparılır”.

Məqalədə ətrafı yaşıllıqlar olan şəhərdə hər addımda görünməmiş vəhşiliklər, vandalizm və cinayətlərin izləri olduğu, düşmənin şəhəri viran qoymaqla yanaşı, Ağdamın zəngin təbiətini də məhv etdiyi bildirilib.

Tarix
2021.05.02 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla