Yuxarı

Avropa Parlamenti seçkinin nəticələrini tanımadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yekun qərarını verib.

"Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının Şərq Tərəfdaşlığı ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır.

"Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir.

Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.

Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirir. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır", - deyə qətnamədə bildirilir.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müddəa yer alıb. Bildirilib ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həlli

Tarix
2013.10.24 / 09:59
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla