Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
02:35
| Ana səhifə Planet |
|
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Əli Taher silsiləsində Hizbullah tərəfindən qazılmış yeraltı tunelləri partladıb.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Bildirilib ki, tunellər ötən həftə İsrail qüvvələri tərəfindən ələ keçirilib və döyüşçülərdən təmizlənib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz tunellərin məhv edilməsi barədə əmr verdiklərini açıqlayıblar.
İsrail tərəfi tunel kompleksinin Hizbullahın Bədr briqadasının əsas qərargahlarından biri olduğunu bildirib.
|
Tarix
2026.09.11 / 01:34
|
Müəllif
Axar.az
|