Yuxarı

Dambrauskas "Sabah"ın məğlubiyyətini şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas "Sabah"ın məğlubiyyətini şərh etdi

"Sabah"ın "Mançester Yunayted" komandasına məğlubiyyəti böyük təcrübə deməkdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Mançester Yunayted"lə (İngiltərə) I tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.

"Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur. Buna görə də "Old Trafford"da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir. Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. "Mançester Yunayted" bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi. Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq", - o bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2026.09.11 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla