Yuxarı

Bu ölkə Almaniyaya 40 milyardlıq investisiya yatıracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Almaniyaya 40 milyardlıq investisiya yatıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniyaya 40 milyard avro investisiya yatıracaq.

Axar.az xəbər verir ki, investisiya paketi BƏƏ Prezidenti Şeyx Məhəmmən bin Zayed ən-Nəhyanın Almaniyaya dövlət səfəri çərçivəsində kansler Fridrix Merz ilə görüşündə açıqlanıb.

Elan olunan 40 milyard avroluq investisiya paketi qabaqcıl rəqəmsal infrastruktura, o cümlədən yeni və müasir məlumat mərkəzlərinin yaradılmasına sərmayələri əhatə edir. Görüş çərçivəsində BƏƏ və Almaniya şirkətləri arasında ümumi dəyəri 9,3 milyard avrodan çox olan 29 niyyət protokolu və sazişin imzalandığı da açıqlanıb. Bundan əlavə, gələcəkdə Almaniya-BƏƏ İnvestisiya Şurasının yaradılmasının da nəzərdə tutulduğu və bu platformanın dövlət və özəl sektor arasında investisiyaların təşviqinə, eləcə də əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

Həmçinin iki ölkə arasında müdafiə və müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji sektorunda iki ölkənin aparıcı şirkətləri arasında tərəfdaşlıqların inkişaf etdirilməsi barədə əlavə razılaşmalar əldə olunub.

Tarix
2026.09.11 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla