Yuxarı

"Sabah" çətin komandadır - Karrik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" çətin komandadır - Karrik

"Sabah" mübarizə aparmaq üçün çətin komandadır.

Axar.az xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la I tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.

"Bu, bir qədər şablon səslənə bilər. Əlbəttə, bizim üçün əsas məqsədlərdən biri oyunu qazanmaq idi. Qarşılaşmada çoxlu müsbət məqamlar oldu. Xüsusilə hücumdakı bəzi kombinasiyalarımız və hərəkətlərimiz çox yaxşı alındı. Oynadığımız futbolun bir sıra epizodları həqiqətən də yüksək səviyyədə idi. Keçidlər zamanı rəqib üçün ciddi təhlükə yaradırdıq və ümumilikdə qarşılaşmanın böyük hissəsində müdafiədə də yaxşı çıxış etdik.

Rəqibə də böyük hörmət göstərmək lazımdır. "Sabah" mübarizə aparmaq üçün çətin komandadır. Onlar qısa ötürmələrlə bir-birləri ilə yaxşı əlaqə quraraq oynayırlar və topu geri qazanmaq üçün rəqibi daim yüksək tempdə işləməyə məcbur edirlər. Əslində, hesab baxımından oyunun rahat keçdiyi təəssüratı yarana bilər. Lakin qarşılaşma heç də bütünlüklə rahat alınmadı. Buna baxmayaraq, düşünürəm ki, bu axşam çox yaxşı mübarizə apardıq və nəticədə layiqli qələbə qazandıq", - o söyləyib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4-0 hesablı qələbəsi ilə bitib.

Tarix
2026.09.11 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla