Yuxarı

Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezident Osman Gündüz orbitə buraxılan peyklərlə bağlı son proseslərə toxunub.

Axar.az xəbər verir ki, ekspertin fikrincə, astronomlar səmanın çirklənməsi, qlobal şirkətlər isə orbitdə yer qalmadığı ilə bağlı şikayətlərə başlayıblar:

“Hədəfdə İlon Maskdır. Məlum olduğu kimi, onun Speys-X şirkətinin “Starlik” peykləri, o cümlədən də OnVeb (OneWeb) və digər şirkətlərin minlərlə peyki artıq göydədir. Bu peyklər dünyanın istənilən yerinə internet xidməti təqdim edəcək. Bu peykləri gecə vaxtı adi gözlə də müşahidə etmək olur. Yeri gəlmişkən, artıq Qazaxıstan və Ukrayna kimi ölkələr də adı çəkilən şirkətlərlə peyk interneti əldə etmək üçün müqavilələr imzalayıblar. İlon Maskdan yalnız göyləri zəbt etmək deyil, həm də kosmosu zibilləməklə bağlı şikayətlər var. Şirkətlər Maskı kosmosu inhisara almaqda ittiham edirlər”.

O.Gündüz qeyd edir ki, onlar Speys-X şirkətinin üstün texnoloji mövqedən istifadə etməsi və tələm-tələsik minlərlə peyki orbitə qaldırması səbəbindən kosmosda digər şirkətlər üçün məhdud sayda imkanların qaldığını, digər peyklərin siqnallarının bloklandığını bildirirlər:

“Təkcə “Starlink”in 1300 peyki artıq orbitdədir. Yaxın zamanlarda isə bunun 13 000 olacağı planlanıb. Astronomlar bildirirlər ki, peyklərin çoxluğu və xüsusilə də onların parlaqlığı elmi tədqiqatlara, elmin inkişafına mane olur. Bununla bağlı onlar BMT-yə şikayət də ünvanlayıblar. Onlar peyklərin qadağan olunmasını deyil, hamı üçün məcburi olan yeni tənzimləmələrin qəbul edilməsini, peyklərin parlaqlığının nizamlanmasını tələb edirlər”.

Tarix
2021.05.06 / 13:41
Müəllif
Ruzbeh Məmməd
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla