Yuxarı

Mina xəritələri ilə bağlı İrəvana təzyiq olunmalıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mina xəritələri ilə bağlı İrəvana təzyiq olunmalıdır

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə “Piyada əleyhinə minalar və törətdiyi faciələr haqda” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, yazıda Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər gətirilir, bu xüsusda Kolumbiyada gerilla dəstələri və paramilitantlar tərəfindən ölkə üzrə geniş ərazilərdə hüquq-müfahizə orqanlarına qarşı kütləvi minalanmanın aparılmasınını 3 milyona yaxın əhalinin məcburi qaydada yaşadıqları rayonları tərk etməli olduğu, Azərbaycan ərazisində də Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğal müddətində çoxlu sayda mina basdırılmasının 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtmasına ciddi maneə törətdiyi bildirilir.

Bununla yanaşı, Kolumbiyada sözügedən qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və qeyd olunan məqamların həm Kolumbiya, həm də Azərbaycanda günahsız mülkü insanlar arasında çoxsaylı tələfata səbəb olduğu məlumat verilir.

Ermənistan tərəfinin bu davranışının Azərbaycan xalqına qarşı uzun müddətdir yürütdüyü etnik təmizləmə siyasətinin davamı olduğu, regionda yaşayış infrastrukturunun bərpasını və məcburi köçkünlərin qayıdışını ləngitdiyi söylənilir və beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu bildirilir.

Sonda Azərbaycan hökumətinin mövcud maneələrə baxmayaraq, sarsılmaz iradə nümayiş etdirdiyi, soydaşlarının mümkün qədər qısa vaxtda öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi istiqamətində müasir texnologiyalardan istifadə etməklə nəzərə çarpacaq irəliləyişlər əldə etdiyi və bölgədə yaşayış infrastrukturunun bərpası üzrə geniş miqyaslı layihələr həyata keçirməkdə olduğu, habelə Azərbaycanın minatəmizləmə işlərinə pilotsuz uçuş aparatları cəlb etməsi təcrübəsindən Kolumbiyanın da yararlana biləcəyi qeyd edilir.

Tarix
2021.05.07 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla