Yuxarı

Lavrov: Bakı-Moskva arasında problem yox, məsələ var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov: Bakı-Moskva arasında problem yox, məsələ var

Biz Dağlıq Qarabağ konfliktinin nizamlanması ilə bağlı bütün razılıqların tam, vicdanla icrasına yönəlmişik.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə cari hədəfləri çox ətraflı müzakirə etdik. Ümid edirəm ki, bu gün biz ərazidə yaranan məsələlərin həllinə imkan verəcək konkret addımlar təyin edə bilərik. Təbii ki, asan situasiya deyil”, – deyə o bildirib.

Azərbaycan-Rusiya münasibətlərinə toxunan Lavrov ölkələr arasında çoxlu problemlərin yox, məsələlərin olduğunu bildirib:

“Onların sayı münasibətlərin zəngin olmasıyla əlaqədardır. Onlar hər keçən gün daha da zənginləşir”.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da geniş gündəmi nəzərə alaraq, çoxlu sayda məsələlərin toplandığını söyləyib. O, bu sırada hökumətlərarası komissiyanın fəaliyyəti, beynəlxalq meydanlarda qarşılıqlı fəaliyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı qərarlarının icrasının yer aldığını bildirib.

Tarix
2021.05.11 / 13:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla