Yuxarı

Bakı ilə İrəvan arasında “Tiflis platforması” mümkündür?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə İrəvan arasında “Tiflis platforması” mümkündür?

İrəvanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyi təklifini irəli sürüb. Gürcüstanın baş naziri bu təklifi bir neçə gün əvvəl Bakıda da səsləndirmişdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu təklif bir neçə dəfə səsləndirilib, o cümlədən Gürcüstanın xarici işlər naziri David Zalkaliani da bunu dilə gətirib:

“David Zalkliani Gürcüstanın önəmli siyasi məsələlər üzrə vasitəçiliklə bağlı resursunun mövcudluğu ilə bağlı illüziyasının olmadığını desə də, Tiflisdəki müzakirəsi mümkün olan mövzuları bu cür sadalayıb: “İqtisadi əməkdaşlıq, kiçik və orta sahibkarlıq, insanlar arasında əlaqələr və humanitar məsələlərlə bağlı vasitəçiliyimiz mümkündür”.

David Zalkaliani Gürcüstanın Cənubi Qafqazın üç ölkəsi arasında dialoqa hazırlığını ifadə edərək siyasi iradə olarsa, nəzərəçarpacaq nəticələr əldə etmək mümkünlüyünü vurğulayıb.

Nə Bakının, nə də İrəvanın Tiflisin vasitəçilik təklifinə konkret cavabı var. Hazırda Azərbaycanla Ermənistan arasında vasitəçi – moderator Rusiyadır. Moskva diplomatik münasibətləri olmayan Gürcüstanın Azərbaycanla Ermənistan arasında ikinci moderator kimi meydana çıxmasına razılaşmaz. Azərbaycanla Gürcüstan bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir və strateji əlaqələrini qoruyurlar. Buna görə də Gürcüstanın moderatorluğundan Azərbaycana zərər gəlməz. Onsuz da keçmiş illərdə də Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri əsasən Tiflisdə görüşüb fikir mübadiləsi aparırdılar. Ancaq Tiflisin başqa mövzular üzrə vasitəçilik iddiasına Ermənistan Rusiyanın qorxusundan çətin ki, razılaşsın. Bunu Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın gürcü həmkarıyla birgə mətbuat konfransındakı sözləri də sübut edir: “Hər bir münaqişənin fərqli xüsusiyyəti var. Bu mənada həssas məsələlərdə ölçülü yanaşmanın qorunmasına ehtiyac var”.

Yəni Paşinyan bu açıqlama ilə rəsmi Tiflisə eyham vurur ki, siz Azərbaycanı Ermənistandan üstün tutduğunuz halda balansı pozursunuz və bu halda sizin vasitəçiliyinə razılaşa bilmərik”.

Tarix
2021.05.13 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla