Yuxarı

Əsgərimiz Xocavənddə erməniləri buna məcbur etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərimiz Xocavənddə erməniləri buna məcbur etdi

İkinci Qarabağ müharibəsi Xocavənd rayonunun ən böyük kəndlərindən biri olan Tağaverdin iki hissəyə bölünməsinə səbəb olub.

Müharibə nəticəsində kəndin yuxarı hissəsi işğaldan azad edilib və Azərbaycan Ordusunun nəzarəti altına keçib, aşağı hissəsi isə hələ ki, Rusiya sülhməramlılarının nəzarətindədir və orda erməni hərbiçilər də qalmaqdadır.

Hazırda Tağaverdin 600 hektarlıq torpaq sahəsindən cəmi 100 hektarına ermənilər nəzarət edə bilir. Onun da 20 hektarı təhlükəli zona sayılır.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu günlərdə “Sрutnik Ermənistan” agentliyinin əməkdaşı Tağaverd kəndində olub və orada yaşayan azsaylı erməni sakinlərlə söhbətləşib.

Ermənilər əkin sahələri və otlaqların azlığından gileylənərək, həyəcanla Tagaverdin Azərbaycan mövqeləri ilə əhatə olunduğunu bildiriblər.

Tagaverdin Elmira və Şura Alaverdyan adlı ər-arvad sakini erməni jurnalistə maraqlı bir fakt barədə danışıblar. Onlar bildiriblər ki, Ermənistan və Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə təxminən 40 metrə çatır. Tərəflər arasında bəzən söz atışması yaşanır və hətta söyüşlər də eşidilir.

Alaverdyan ailəsi deyib ki, təxminən 1 ay öncə Tağaverddə keşik çəkən Azərbaycan əsgərləri separatçıların kəndin qarşı tərəfində asılmış “bayrağı”nı ərazidən yığışdırmağı tələb ediblər.

Erməni tərəfi əvvəlcə bununla razılaşmaq istəməyib. Vəziyyətin silahlı toqquşmaya keçməməsi üçün hətta rusiyalı sülhməramlılar da hadisə yerinə gəliblər.

Azərbaycan tərəfinin qətiyyətli tələbi nəticəsində nəhayət, erməni hərbçilər həmin əski parçasını çıxarmağa məcbur olublar.

Elmira və Şura Alaverdyan adlı erməni ər-arvad deyiblər ki, vəziyyət dəyişməzsə, çoxları kənddən ayrılmaq məcburiyyətində qalacaq.

Hazırda Tağaverddə qalan azsaylı erməni sakinlər kəndin Qırmızı bazar qəsəbəsinə yaxın ən aşağı hissəsində yaşayırlar...

Tarix
2021.05.18 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla