Azərbaycanın müdafiə naziri Zakir Həsənov ANS-ə müsahibə
verib.
- Dağlıq Qarabağın separatçılardan azad etmək planı və
bu plan üzrə iş nədən ibarətdir?
- Sizə prezident İlham Əliyevin sözlərini xatırlatmaq istəyirəm.
Biz ikinci Ermənistan dövlətinin Azərbaycan torpaqlarında
yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa
olsun azad olunmalıdır.
- Siz yeni texnologiyalardan danışdınız və mənim yadıma
Ermənitsan mətbuatında daha çox səsləndirilən belə bir fikirlər
düşür ki, keçilməz istehkamlarımız var, bizim çox güclü təchiz
olunmuş barikadalarımız var. Sanki, XIX əsrdə oturub, XXII əsrlə
müharibə etmək istəyən insanlardır bunlar. Elə düşünürlər ki, bu
gün də klassik döyüş modeli qüvvədədir. Siz sərgilərdə xüsusilə
"bisportinq"lərlə maraqlanırsız. Texnologiyalar artıq daha çox
inkişaf edib. Bizim bu gün imkanlarımız və döyüş hazırlıqlarımız nə
dərəcədədir? Pilotsuz idarə olunan hərbi texnikalarla qoruna
bilərikmi?
- Döyüş tarixində bununla canını qurtaran olmayıb. Biz güclü
terxnikamız vasitəsilə düşmənn səngərində nə baş verdiyini bilirik.
Bizim kəşfiyyat məlumatlarımız genişdir. Hərbi Sənaye Nazirliyi
tərəfindən istehsal olunan pilotsuz təyyarələrimiz də yaxşı inkişaf
edir. Onlar bu təyyarələrin digər növlərinin də istehsalına bu
yaxınlarda başlayacaqlar. Bu isə öz növbəsində Silahlı Qüvvələrin
imkanlarını daha da inkişaf etdirəcək. Bundan əlavə Azərbyacanın
dağıdıcı artilleriyası, raket qoşunlarının istifadəsində olan
silahlarımız var. Ermənistanın öz ordusunu sakitləşdirməsi isə
onlara köməklik etməyəcək. Bu bir cəfəngiyatdır.
- Hər bir islahat, hər bir tədbir ona yönəlir ki,
şəxsiyyət qorunsun. Yəni ki, insan itkisi olmasın. Biz ağır bir
itki yaşadıq. Amma qarşı tərəf bizdən də ağır itki yaşadı. Rəsmi
olaraq sizin əlinizdə hansı bir məlumat var ki, Ermənistan bu il
ərzində hər döyüş hərəkətləri zamanı neçə hərbi qulluqçu
itirib?
- Sizə tam rəsmi deyirəm ki, Ermənistan 2015-ci ildə döyüş
şəraitində 60-a yaxın hərbi qulluqçu itirib. Kütləvi informasiya
vasitələrində siz ancaq Ermənistandan və böyük şəhərlərdən
çağrılanlar haqqında məlumat alırsınız. Digər şəhərlərdən,
rayonlardan gələnlər haqqında məlumat vermirlər. Onlar Qarabağdan
olan itkilər haqqında heç bir məlumat vermirlər. Digər ölkələrdən
gəlib, döyüşənlərin itkiləri haqqında ümumiyyətlə məlumat yayılmır.
Ancaq bizdə dəqiq məlumatlar var. Bundan başqa bizdə onların aşağı
səviyyədə olan nizam-intizamları, orduda zəif təchizat, orduda baş
alıb gedən xəstəlik və bu xəstəlikdən ölənlər haqqında da məlumat
var. Bildiyimizə görə, hər dəfə Ermənistanda əsgər anaları
prezident iqamətgahına hücum edirlər ki, döyüşdə bu cür itkilərin
qarşısı alınsın.
- Mən məlumatlara fikir verirəm. Elə bil ki, son 1 ildə
Azərbaycanda qeyr-döyüş şəraitində həlak olanların sayı azalıb.
Buna necə nail olmusunuz? Çünki yadımdadır kimisi avtomatla
ehtiyyatsız davranırdı, kimsə özünü asırdı və s.
- Hələ bunun qarşısını tam olaraq almağa nail olmamışıq və biz
buna nail ola da bilmərik. Çünki dünyada belə bir praktika yoxdur.
Onlar silahdan təlim keçmiş və cəbhə bölgəsində döyüşən
insanlardır. Amma statistika azalma istiqamətində davam edir. Bunu
qeyd edim ki, tərbiyə işində, sosial bazanın möhkəmlənməsində
irəliləyiş var. Biz texnikaya müddətdən artıq xidmət edən
hərbçiləri cəlb etdik. Bütün döyüş maşınlarının ekipojları və s.
Amma daha sonra bu cür insanların başqa problemləri üzə çıxdı. Ailə
problemləri, avtoqəzalar. Hazırda bu cür qəzaların aradan
qaldırılması istiqamətində işlər aparılır. Bundan əlavə əsgər
təminatında Ali Baş Komandanın göstərişi ilə böyük dəyişiklik var.
Əlavə ərzaqlar, milli yeməklər, meyvə-tərəvəzlər, onların yataq
dəstləri dəyişdirilidi. Əlavə hamam və çamaşırxanalar istifadəyə
verildi. Bütün bunlar onların mənəvi-psixoloji döyüş hazırlığına
təsiri var. 4 hərbi şəhərciyin açılışı oldu, avqustun sonuna kimi
10 böyük hərbi şəhərciyin açılışı olacaq. Müasir əsgər
yataqxanaları və yeməkxanları, yeni qərərgahlar, yeni mebel
avadanlığı və s. Digər ölkələrin müdafiə nazirləri ilə görüşürük və
aydın olur ki, Azərbaycan Silahlı Qüvvələrində olan dəyişikliklər
digər ölkələrdə yoxdur.
- Siz keçən müsahibənizdə demişdiniz ki, Azərbaycan
əsgəri hərbi qulluqçu olacaq, süpürgəçi olmayacaq, məişət işləri
ilə məşğul olmayacaq və bu gün elə də oldu.
- Prezidentin tapşırığı ilə biz hərbi qulluqçuları bütün
təssərrüfat işlərindən uzaqlaşdırdıq. Onların vaxtı ancaq döyüş
hazırlığına sərf olunmalıdır. 20 minə yaxın mülki şəxs işlə təmin
olunub. Bunlara cəbhəboyu kəndlərdən dəvət olunub. Mən hər dəfə
onlarla yemək yeyirəm. Bu həm də mülki nəzarət hesab olunur. Bunun
üçün laboratoriya da yaranb ki, əsgər yeməkləri keyfiyyətli
ərzaqlardan hazırlansın.
- Azərbaycanın müxtəlif bölgələrində xidmət çəkən
əsgərlərimiz müxtəlif şəraitdə qulluq edirlər. Şəhər və rayonlarda
xidmət edən hərbi qulluqçuların məvacibində fərqlilik varmı? Yoxsa
eyni maaşları alırlar.
Biz çalışacağıq ki, hərbi qulluqçuların çoxu döyüş bölgəsində
olsun. Döyüş bölgələrində olan hərbi qulluqçuların maaşı qat-qat
çoxdur. Amma son vaxt şahidi olduq ki, şəxsiyyət könüllü şəkildə
cəbhə bölgəsində xidmət etmək istəyir. Xatırlayırsınızsa 2014-cü
ildə fəal döyüşlər başladı...