Yuxarı

Azərbaycan Ombudsmanı iranlı həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ombudsmanı iranlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranın Baş Təftiş Təşkilatının rəhbəri (Ombudsman) Həsən Dərvişian ilə onlayn formatda görüş keçirib.

Axar.az xəbər verir ki, onlayn görüşdə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılan minaların səbəb olduğu insan tələfatına diqqət çəkərək bildirib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtmasında çox ciddi maneələr yaranıb. Müharibənin başa çatmasından bu günə qədər 140-dan çox insanın minaya düşdüyünü, nəticədə 27 şəxsin həyatını itirdiyini qeyd edən Ombudsman bununla bağlı müxtəlif beynəlxalq qurumlara mütəmadi olaraq müraciətlər etməsinə baxmayaraq, Ermənistanın hələ də mina xəritələrini verməkdən imtina etdiyini bildirib.

Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozduğunu vurğulayan Ombudsman işğalçı dövlətin siyasi və hərbi rəhbərliyinin insanlıq eləyhinə törədilən bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığını bildirib. Qeyd olunub ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış yerləri tamamilə viran qoyulub. Bu vəziyyət regional inkişafa mənfi təsir göstərməklə yanaşı, eyni zamanda sülhü və sabitliyi təhlükə altında qoyub. Ombudsman belə halların təkrarlanmaması üçün beynəlxalq insan hüquqları təşkilatlarının həmrəylik göstərərək mövcud vəziyyətə düzgün hüquqi qiymət verməsinin və cavabdeh şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün lazımi səylər göstərməsinin vacibliyini vurğulayıb.

Görüşdə İran Ombudsmanı Həsən Dərvişian qurumlar arasında ikitərəfli memorandum imzalanmasını təklif edib və Azərbaycan Ombudsmanı bu təklifi müsbət qarşılayıb. Görüş qarşılıqlı əməkdaşlığın inkişafı, habelə İslam Əməkdaşlığı Təşkilatı Ombudsmanlar Assosiasiyasının üzvləri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirə ilə davam edib.

Tarix
2021.06.09 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla