Yuxarı

Azay Quliyev ABŞ səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev ABŞ səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Robert Lopez və səfirliyin siyasi işlər üzrə müşaviri Dəniel Slaşer ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi təşkilatın vətəndaş cəmiyyəti institutlarının güclənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və QHT-lərə verilən maliyyə yardımı haqqında ətraflı məlumat verib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, xüsusi ilə könüllülərin fəallığının təqdirəlayiq olduğunu qeyd edib. Səfir ikitərəfli münasibətlərin perspektivləri haqqında danışıb və ABŞ-ın Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini deyib. Robert Sekuta bundan sonra da ABŞ-Azərbaycan münasibətlərinin müsbət məcrada inkişafı üçün bütün potensialını sərf edəcəyini bildirib. Səfir Azərbaycanın QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş dəyişiklərin mahiyyəti haqqında danışaraq parlamentin bu addımının ictimai sektorda şəffaflığın və hesabatlılığın artmasına, mövcud resurslardan səmərəli istifadənin təmin edilməsinə və qanunsuz fəaliyyətin vaxtında aşkarlanmasına xidmət etdiyini bildirib.

Şura sədri son zamanlar ABŞ-da bəzi qurumların Azərbaycan əleyhinə fəaliyyətindən narazı qaldığını da qonağın diqqətinə çatdırıb. Azay Quliyev təəssüflə bildirib ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən bir sıra QHT və mediya orqanları açıq şəkildə Azərbaycan haqqında mənfi rəy yaratmaq və qərəzli məlumatlar yaymaqla məşğuldurlar. Azay Quliyev ABŞ Dövlət Departamentinin "insan haqlarının durumu haqqında 2014-cü il hesabatında" Azərbaycanla bağlı qeyd olunan bir çox məqamlara da toxunaraq konkret faktlarla onların həqiqəti və reallığı əks etdirmədiyini qeyd edib.

Sonda hər iki tərəf qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tarix
2015.06.29 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla