Yuxarı

"İndependent" Şuşa Bəyannaməsindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İndependent" Şuşa Bəyannaməsindən yazdı

Böyük Britaniyanın “İndependent” onlayn qəzeti Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi barədə məqalə yayıb.

Axar.az xəbər verir ki, “Türkiyə və Azərbaycan liderləri işğaldan azad olunmuş ərazilərdə danışıqlar aparırlar” sərlövhəli məqalədə Türkiyə Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzaladıqları Bəyannamədən bəhs olunur.

Qeyd edilir ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə Ermənistanın nəzarətinə keçsə də, 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Şuşada Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında aparılan danışıqlar zamanı iki ölkənin təhlükəsizlik də daxil olmaqla, bir neçə sahədə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş Bəyannamə imzalanıb.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Bəyannamənin imzlanmasından sonra səsləndirdiyi fikirlər də yer alıb.

Həmçinin məqalədə Şuşa şəhəri Azərbaycan tərəfindən geri alındıqdan sonra onu ziyarət edən ilk xarici liderin məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğu da vurğulanıb. Qeyd edilib ki, Türkiyə Prezidenti Şuşada bu ölkənin konsulluğunun açılacağı anonsunu verib.

Yazıda ötən ilin sentyabr-noyabr aylarında baş verən müharibə zamanı Azərbaycan Ordusunun qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etməsindən də danışılır. Bildirilir ki, Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatla müharibəyə son qoyulub və Ermənistan 30 ilə yaxın işğal altında saxladığı əraziləri tərk edib. Üçtərəfli Bəyanat Ermənistanda siyasi böhrana səbəb olub və baş nazir vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri təyin etmək məcburiyyətində qalıb.

Tarix
2021.06.18 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Kremldən Bakıya hücum: arxivi açıb, onları ifşa edin!

Bakıda Liderlərin Sammiti keçiriləcək - Tarix

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Prezident Bruney Sultanını təbrik etdi

Xameneinin iqamətgahının ətrafı boşaldıldı – Nə baş verir?

İlham Əliyev Fərzanə Sadiqi qəbul etdi - Foto

Meksikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla