Yuxarı

İrəvan və “altılıq platforma”: nə gözlənilir? - Barış Özdal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomatiya Araşdırmaları Dərnəyinin sədri, Bursa Uludağ Universitetinin professoru Barış Özdalın Axar.az-a müsahibəsi:

- Barış bəy, Ermənistanda 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərini ümumi şəkildə necə dəyərləndirirsiniz?

- Şübhəsiz ki, Ermənistanda keçirilən seçkilər 44 günlük Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfərin, yəni işğal altındakı torpaqlarını azad etməsinin nəticəsidir. Prezident İlham Əliyevin liderliyi ilə qazanılan bu zəfər Ermənistanın siyasət tarixində zəlzələ effekti yaradıb. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə boyunca beynəlxalq hüquq bilgisi ilə prosesi real şəkildə idarə edərək uzaqgörən ilə bir liderlik örnəyi göstərdi.

Ümumilikdə Paşinyanın 53,92 faiz səslə qalib gəlməsi, Robert Köçəryanın “Ermənistan” blokunun 21,04%, keçmiş prezident Serj Sərkisyanın “Şərəf Duyuram” blokunun 5,23% səs toplaması önəmli bir nəticədir və bu, Ermənistan xalqının Qarabağ klanına qarşı olduğunu göstərir.

- Seçki nəticələri Türkiyə və Azərbaycan prezidentlərinin dəfələrlə dilə gətirdiyi “altılıq platforma” təklifinə hansı formada təsir edəcək?

- 15 iyunda Türkiyə və Azərbaycan arasında imzalanan Müttəfiqlik Haqqında Şuşa Bəyannaməsi ilə hər iki ölkə beynəlxalq hüquqa uyğun şəkildə de-fakto vəziyyətə de-yure status qazandırıb. Yeni dövrün yol xəritəsinin təyin edildiyi Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan bölgədə sülh şəraitinin formalaşdırılması üçün dostluq və mehriban qonşuluq münasibətləri çərçivəsində bu platformanın qurulmasını təklif edib. Şübhəsiz ki, Paşinyanın platformaya qatılması ehtimalı var. Ancaq Köçəryan və Qarabağ klanının platformaya baxışları bundan çox uzaqdır. Bu baxımdan ən vacib məqam Ermənistanın dostluq və mehriban qonşuluq münasibətləri çərçivəsində bu təklifə qatılmasının başda özü və bölgənin təhlükəsizliyi, sabitliyi üçün əhəmiyyətli olduğunu anlamasıdır. Ancaq mövcud şəraitdə hər an yeni provokasiyaların yaşanma ehtimalı da yüksəkdir. Ermənistan xalqı ilə siyasətçilərinin gündəmlərinin fərqli olduğu unudulmamalıdır. Azərbaycan və Türkiyə isə dünən olduğu kimi, hər zaman problemlərin beynəlxalq hüquqa uyğun şəkildə sülhlə həllini müdafiə etməkdədir.

Tarix
2021.06.22 / 12:34
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla