Yuxarı

Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı

Antarktidadakı şelf buzlaqlarının əriməsi planet üçün ciddi fəlakət ssenarisi yaradır. Alimlər hesab edirlər ki, əgər istixana qazlarının tullantıları indiki templə artsa, 2300-cü ilə qədər dünya okeanının səviyyəsi təxminən 10 metr yüksələcək və saysız-hesabsız sahil şəhərləri su altında qalacaq.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Paris şəhərindəki Sorbonna Universitetinin alimləri "Nature" jurnalında dərc olunmuş tədqiqatda bildiriblər ki, 2300-cü ilə qədər Antarktidadakı şelf buzlaqlarının 59 faizi dağılma təhlükəsi altındadır.

Mütəxəssislərin fikrincə, bu prosesin qarşısı yalnız qlobal emissiyaların azaldılması ilə mümkündür. Əks halda, Böyük Britaniyanın Hall, Qlazqo və Bristol şəhərləri, ABŞ-ın Hyuston, Yeni Orlean və Mayami kimi iri mərkəzləri içərilərə köçməyə məcbur olacaq.

"Hazırkı qərarlar gələcəkdə buzlaqların taleyinə birbaşa təsir edəcək. İndi qəbul edilən iqlim siyasəti yüzillər sonra okean səviyyəsini müəyyənləşdirəcək”, - deyə tədqiqat müəllifləri qeyd ediblər.

Buzlaqların taleyi emissiyalardan asılıdır

Antarktidada 15 böyük və çoxsaylı kiçik şelf buzlaqları mövcuddur. Onlar materikdən okeana axan buz kütləsini saxlayan "təbii qoruyucu kəmər” rolunu oynayır.

Simulyasiya nəticələrinə əsasən, aşağı emissiya ssenarisi zamanı yalnız bir buzlaq "yaşama qabiliyyətini” itirəcək, lakin yüksək emissiya ssenarisində bu göstərici 59 faizə çatacaq. Bu halda 38 buzlaq tamamilə dağılacaq.

Alimlər hesab edir ki, əsas kritik dövr 2085–2170-ci illər arasında olacaq. Bu müddət ərzində bir çox şelf buzlaqları artıq dağılma həddinə çatacaq.

Hansı ərazilər su altında qala bilər?

"Climate Central’s Coastal Risk Screening Tool" adlı alətə görə, okean səviyyəsinin 10 metr qalxması nəticəsində bir çox ölkələrdə şəhərlər yox olacaq.

Böyük Britaniyada Porsmut, Sautend-on-Si, Hall, Bristoll, Kardiff və Londonun bəzi rayonları – Hammersmit, Qrinviç, Sautvork və Vestminster su altında qalacaq.

Avropada Kaleydən (Fransa) Rinqköbinqə (Danimarka) qədər olan sahillər, Venesiya, Monpelye, Sevilya və Lissabon məhv olacaq.

Asiyada Banqladeş, Şanxay, Hoşimin və Karaçi, ABŞ-da isə Florida, Luiziana və Texasın sahil zonaları təhlükə altında qalacaq.

Alimlər vurğulayırlar ki, bu nəticələr qlobal iqlim tədbirlərinin təxirə salınmasının necə dağıdıcı nəticələr doğura biləcəyini açıq şəkildə göstərir:

"Bu gün qəbul edilən qərarlar müəyyən edəcək ki, gələcəkdə bəşəriyyət Antarktidanın buzlaqlarının əksəriyyətini itirəcəkmi, yoxsa onları qoruya biləcəkmi?"

Tarix
2025.11.04 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla