Yuxarı

Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər...

ABŞ-ın Nyu York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, səyyar xidmət Nyu York şəhərində və ətraf ştatlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilib. Səyyar konsulluq xidməti çərçivəsində 40-dan çox vətəndaş müxtəlif konsulluq xidmətlərindən yararlanıb.

Vətəndaşlara ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatına alınma, notariat hərəkətlərinin aparılması, vətəndaşlıq məsələlərinin həlli, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, eləcə də sənədlərin sorğu əsasında alınması üzrə xidmətlər göstərilib.

Səyyar konsulluq xidmətinin əsas məqsədi ABŞ-də yaşayan həmvətənlərimizin konsulluq xidmətlərinə əlçatanlığını artırmaq və prosedurların daha operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.

Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti ilk dəfə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin təşəbbüsü ilə təşkil edilib. Ənənəvi konsulluq xidmətləri artıq bir neçə ildir ki, ABŞ-nin müxtəlif şəhər və ştatlarında həyata keçirilir.

Tarix
2025.11.04 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla