Yuxarı

Ölkədə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsində aparılmış islahatlar nəticəsində lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu islahatların tərkib hissəsi kimi ölkəmizdə “Lisenziyalar və icazələr haqqında” qanun qəbul edilib, lisenziyalarla yanaşı, icazələrin də siyahısı müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında qeyd olunub.

Məlumatda həmçinin deyilir ki, sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, bu sahədə qanunvericiliyin, inzibati prosedur və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi ölkə prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.

Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib. İslahatlar aparılarkən lisenziya tələb edən fəaliyyət növlərinin sayı 59-dan 37-ə, 15 iyuldan isə 36-ya endirilib. İqtisadiyyat Nazirliyinin verdiiyi (dövlət təhlükəsizliyi ilə bağlı lisenziyalar istisna olmaqla) lisenziyaların sayı 23-dür.

Lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə, dövlət rüsumunun məbləğləri 2 dəfə azaldılıb. Sellülar (mobil) rabitə xidmətləri istisna olmaqla lisenziyaların müddətsiz verilməsi müəyyən edilib.

Dövlət başçısının müvafiq fərmanına uyğun olaraq, lisenziyalar 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. 14 mart 2018-ci il tarixindən lisenziyaların “Lisenziyalar və icazələr” portalı üzərindən də verilir. Sahibkarların işinin daha da asanlaşdırılması məqsədilə ötən ilin fevralından lisenziyaların verilməsi KOB evləri vasitəsilə də həyata keçirilir.

1 iyul 2021-ci il tarixinədək Nazirlik 11 018 lisenziya verib. O cümlədən, “Lisenziyalar və icazələr” portalı vasitəsilə indiyədək 2059 elektron lisenziya verilib.

Bu ilin I yarısında Iisenziyalaşdırılan fəaliyyət növləri üzrə 731 lisenziya verilib ki, bunun da 621-i yeni, 47-i müddətsiz lisenziya blankı ilə əvəz etmə, 63-ü yenidən rəsmiləşdirmədir.

Ümumilikdə verilmiş lisenziyaların 60%-ə qədəri, o cümlədən 2021-ci ildə verilmiş lisenziyaların 85%-ə qədəri yeni lisenziyalardır ki, bu da aparılan islahatların nəticəsi olaraq sahibkar fəallığını əks etdirir. Pandemiya ilə əlaqədar qlobal çağırışlara uyğun olaraq, elektron ticarətin artımı sürətli poçt fəaliyyəti üzrə verilmiş lisenziyaların artımına təsir edib, 2020-ci və 2021-ci ilin ötən dövründə 80-dan çox sahibkara sürətli poçt fəaliyyəti üzrə lisenziya verilib.

Tarix
2021.07.27 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla