Yuxarı

Yanğın Türkiyə-Rusiya əlaqələrinə qarşı təxribatdır? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanğın Türkiyə-Rusiya əlaqələrinə qarşı təxribatdır? - Video

15:08

Türkiyənin turizm bölgələrində yanğınların eyni vaxtda baş verməsi və sürətlə yayılması heç də təsadüfi deyil. Yanğının qəsdən törədildiyi artıq sübut olunub. PKK terror təşkilatının da yanğının məsuliyyətini öz üzərinə götürməsi ilə bağlı məlumatlar var.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Türkiyədə baş verən şiddətli yanğınlara münasibət bildirərkən deyib.

“Türkiyənin hərbi-siyasi sahədə, üstəlik geopolitik anlamda dəyərinin artması bir çox ölkəni narahat edir. Bu baxımdan PKK-nın bunu xüsusilə turist mövsümündə, turizmin vəziyyətinin normala qayıtdığı bir dövrdə etməsi diqqət çəkir. Yanğınların geniş formada yayılması onu göstərir ki, burada PKK-dan başqa marağı olan digər qüvvələr də var. Türkiyə ilə maraqları üst-üstə düşməyən ölkələr bu məsələdə PKK-ya köməklik göstərə bilərlər. Həmin bölgələrin hədəf seçilməsində məqsəd bəllidir. Çünki Türkiyə iqtisadiyyatının əsas gəlir mənbələrindən biri turizm sektorudur. Ölkəyə xarici valyuta axınında da turizmin payı yüksəkdir”, - politoloq bildirib.

İqtisadçı-ekspert İlham Şaban isə deyib ki, Türkiyəyə gələn turistlər arasında ruslar daha çox üstünlük təşkil edir:

“Rus gənclərinin ən çox istirahət etdiyi turistik məkan Alanyadır. Bu ərazi hər iki tərəfdən yanğınla əhatə olunub. Rus mətbuatı məlumat yayıb ki, bu, Rusiya-Türkiyə əməkdaşlığına qarşı törədilmiş təxribat ola bilər. İstənilən fəlakət əlavə xərc deməkdir. Əlavə xərc də dövlətin üzərinə düşür. Yanğın zamanı Türkiyənin təsərrüfatına da ciddi ziyan dəyib. Türkiyənin turizmi piramidalı struktura söykənib. Hər kəs öz təsərrüfatından turizmə, otellərə bir qatqı verir. Bu isə həmin təsərrüfatçıların gəlirinə mənfi təsir edən amildir. Böyük texnika cəlb edilməsinə baxmayaraq, ərazidə qalxan toz-duman insanları vahiməyə salır. Yanğın hadisəsi avqustda Türkiyəyə turist səfərinə hazırlaşan insanlar üçün də narahatlıq yarada bilər. Bu səbəbdən Türkiyə turizm sektoruna nə qədər ziyan dəyməsi barədə dəqiq proqnoz qoymaq hələ ki, mümkün deyil. İstənilən halda böyük ziyan dəyib. Bu ziyan isə Türkiyə dövlətinin, həmçinin vətəndaşlarının digər ölkələrlə siyasi, iqtisadi, mədəni sahələrdə göstərəcəkləri səy nəticəsində aradan qaldırıla bilər”.

Tarix
2021.07.30 / 17:18
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla