Yuxarı

Əfqanıstandan türksoylular qaçır. Niyə? – Ağarın şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağarın müsahibəsini təqdim edir:

- Taliban Əfqanıstanı çox qısa bir zaman ərzində necə ələ keçirə bildi? Bunun 2003-cü ildə İraqda generalların Səddam Hüseyni satması və 2014-cü ildə İŞİD-in Mosulu heç bir çətinlik olmadan işğalına bənzər ssenari olduğunu söyləmək mümkündürmü?

- Hazırda dünyanın ən sürətli əldəyişdirmə proseslərindən biriylə qarşı-qarşıyayıq. Bu, tarixin özünəməxsus şəkildə yenidən yazılmasıdır. 653 min kvadrat km ərazisi olan bir ölkə təxminən 10 gün içərisində əl dəyişdirdi. Bəs bu necə oldu? 75 minlik yüngül silahlı Taliban ordusunun böyük bir ölkəni belə qısa müddətdə ələ keçirməsi normal şərtlər daxilində məntiqli deyil və qeyri-mümkündür. Amma burda bir əsas həqiqət var. Amerika bu oyunda öz yerini dəyişdirdi, yəni yeni bir gerçəklik yaratdı. Əfqanıstanda tarazlığı saxlayan orada Amerikanın hərbi varlığı və xüsusilə hərbi hava qüvvələri idi. Əfqanıstan ordusu ən başda ABŞ-ın bu ölkədən hərbi qüvvələrini geri çəkəcəyini elan etməsindən sonra ruhdan düşdü. Digər tərəfdən Əfqanıstan ordusunun içərisində çatlar vardı. Yəni Talibanla fərqli formalarda müzakirəyə oturanlar, siyasi sövdələşməyə gedənlər, anlaşanlar və ondan dəstək alanlar kimi bildiyimiz və bilmədiyimiz çoxlu sayda faktorlar var. Bu, eynilə 2014-cü ilin iyun ayında İŞİD-in Mosulu işğal etməsinə bənzər bir tablodur. Ancaq fərq ondadır ki, burada tablo daha böyükdür və 2014-cü ildə İraqda bir müharibə və müqavimət var idi. Əfqanıstan isə müharibəsiz şəkildə Talibana təslim edildi. Müqavimət lokal xarakter daşıdı. Əfqanıstan ordusunda nizam-intizamın pozulduğunu, əsgərlərin öz silahlarını taliblərə təhvil verib təslim olduğunu, hərbçilərin İran və digər ölkələrə qaçmağa çalışdıqlarını görürük. Bütün bunlar Amerikanın “faydalı” fəaliyyətinin nəticəsidir. Talibanın zəfər qazandığını deyirlər. Taliban qələbəni əldə edə bilər, ancaq bu qələbəni ona qazandıran Amerikadır. Bunu unutmaq olmaz.

- Bundan sonra Türkiyə, Pakistan, Rusiya, İran və Çinin, eyni zamanda Orta Asiya dövlətlərinin Taliban məsələsində əməkdaşlıq etməsi mümkündürmü?

- Burda əsas diqqət yetirilməli məqam Talibanın Orta Asiyada türklərin yaşadığı coğrafiyaya, Pakistana, İrana, Çinə və Rusiyaya yaxın gələcəkdə necə təsir göstərəcəyidir. Xatırladım ki, 2003-cü ildə Taliban və puştunlara görə Pakistanda meydana gələn qarşıdurmalarda 70 min nəfər ölmüşdü. Bütün bu və digər təsirlər adını çəkdiyimiz ölkələrin yaxın gələcəkdə Taliban siyasətini formalaşdıracaq.

- Taliban ABŞ və BMT tərəfindən terror təşkilatı kimi tanınıb. Bu mərhələdən sonra dünyada hansı dəyişiklər yaşanacaq və Taliban Əfqanıstanın legitim hakimiyyəti olaraq tanına bilərmi?

- Amerika öncə Talibanı dünyaya terror təşkilatı olaraq qəbul etdirməyə başladı. Çünki Talibanı 11 sentyabr terror aktını törədən Əl Qaidəni dəstəkləməkdə, onu gizlətməkdə ittiham edirdi və buna görə Əfqanıstanı işğal etdi. ABŞ sonra hansısa səbəbdən Talibanla danışığa başladı, dövlət olmayan aktor kimi tanıdı və beynəlxalq arenada bununla bağlı müzakirələr keçirdi, onu cilaladı, parlatdı. Amerikanın digər bir arqumenti isə Talibanın İŞİD-ə qarşı olmasıdır. İdlibdən örnək vermək istəyirəm. Uyğurların bir qisminin 1989-cu ildə əsasını qoyduğu Türküstan İslam Dövləti təşkilatı ABŞ, Çin, Qazaxıstan, Tacikistan, İran, Pakistan və Rusiya tərəfindən terror təşkilatı olaraq tanınmışdı. ABŞ bu təşkilatı terror təşkilatlarının siyahısından çıxardı və üzvlərini Suriyaya apardı. Təşkilatın üzvlərinin sayı isə onminlərlə ifadə olunur.

Hazırda bölgə bir çox yeni hadisələrə hamilədir. Bütün sərhəd dövlətlər Talibana müsbət mesajlar verərək onun üzərində təsir gücü əldə etməyə çalışır. Vəziyyətin necə formalaşacağını zaman keçdikcə görmək mümkün olacaq. Əfqanıstandakı vəziyyət ABŞ-ın 2011-ci ildə İraqdan çəkilməyə başlamasından sonra İŞİD-in ortaya çıxmasına bənzəyir. Tarix də bunu bizə göstərir ki, hər zaman böyük hərbi əməliyyatlar öz yerini təhlükəsizlik orqanlarının əməliyyatlarına və ya digər siyasi əməliyyatlara verir. İŞİD ortaya çıxanda Amerika ona qarşı mübarizə aparmaq üçün 65 ölkədən ibarət bir koalisiya qurdu. Ancaq Əfqanıstanda belə bir şey olmayacaq. Hazırda Əfqanıstanda Taliban dini dövlət vəziyyətindədir. Zaman keçdikcə mənzərə daha aydın şəkildə üzə çıxacaq.

- Sizcə, Taliban öz fəaliyyətini Əfqanıstanla məhdudlaşdıracaqmı?

- Artıq Taliban dininin dövlətləşdiyini görürük. Bunun bilərəkdən edildiyini öncədən proqnozlaşdırmağı bacarmalıyıq. Əgər fərqli şəkildə məsələni şərh etsək və başa düşməyə çalışsaq, bu, bizi İŞİD örnəyində olduğu kimi, çox böyük bir yanlışa sürükləyər və bizi gözləyən hadisələrə hazırlıqsız şəkildə yaxalanmağımıza səbəb olar. Burda əsas verilməli sual isə budur: ABŞ bugünədək Əfqanıstan ordusuna 88 milyard dollar sərmayə qoydu. Əfqanıstanda olan əməliyyatlara, alınan silahlara xərclənən vəsait isə 2 trilyon dollardır. İndi bu böyük vəsaitlərlə alınan silah və texnika hamısı Talibanın əlinə keçdi. Bu silah və güc bundan sonra kimə qarşı və necə istifadə edəcək? Əfqanıstanda Talibandan ilk qaçanlar xəzərlər idi. Çünki xəzərlər şiə məzhəbinə məxsusdurlar. Sonrakı mərhələdə isə ordan Talibana qarşı savaşan türksoylular qaçmağa başladı. Hazırda Əfqanıstanda Talibanın qarşısında duracaq bir hərbi güc də yoxdur. Yəni Əfqanıstanda Talibanın qarşısındakı əngəl yalnız Talibanın özüdür. Təslim olan dövləti ələ keçirmək asandır, ancaq dövləti idarə etmək çox çətindir. Qarşıdakı zamanda çox şey Talibanın dövlət idarəçiliyindən asılı olacaq. NATO-nun baş katibi Stoltenberq, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Əfqanıstan hökumətini və ordusunu zəiflikdə günahlandırırlar. Əslində Əfqanıstan hökumətini dizayn edən özləridir. Onlardan dizayn etdikləri bir hökumətin və ordunun bu hala düşməsində niyə özlərində günah görmədiklərini soruşmaq lazımdır. Əfqanıstanda oyunun içində oyun var. Bunu görmək və dərk etmək mütləq şəkildə vacibdir.

Tarix
2021.08.20 / 09:15
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla