Yuxarı

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Nazirlər Kabineti 10 may 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram"da dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra xüsusi musiqi təhsili olanlarla yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə orqanizmin funksiyaları 61-100% pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqlar müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin ediləcək. Bu iş Mədəniyyət Nazirliyinə tapşırılıb.

Bundan başqa, Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmişlərlə yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclər müvafiq dövlət tibb müəssisələrində işlə təmin ediləcək. Bu iş isə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə edilib.

Tarix
2025.09.17 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla