Yuxarı

Ölkədə nə qədər alim peyvənd olunub? - AMEA

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə nə qədər alim peyvənd olunub? - AMEA

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) əməkdaşlarının vaksinasiya olunmasına nəzarət üçün COVİD-19 pasportları yoxlanılır.

Axar.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat yayılıb.

Bildirilib ki, artıq AMEA əməkdaşlarının böyük əksəriyyəti vaksinasiyadan keçib. Belə ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ümumilikdə 1341 nəfər, Kimya Elmləri Bölməsi 1057 nəfər, Yer Elmləri Bölməsi üzrə 717 nəfər, Biologiya və Tibb Elmləri Bölməsi üzrə 1273 nəfər, Humanitar Elmlər Bölməsi üzrə 704 nəfər, İctimai Elmlər Bölməsi üzrə isə 840 nəfər COVİD-19 əleyhinə 1-ci və ya hər iki doza vaksin olunub, immunitet sertifikatını əldə edib.

Bununla yanaşı, AMEA Rəyasət Heyəti aparatında 243 nəfər, Rəyasət Heyətinin nəzdindəki təşkilatlar – Yüksək Texnologiyalar Parkında 31 nəfər, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 72 nəfər, Mərkəzi Elmi Kitabxanada 188 nəfər, “Elm” Nəşriyyatında 28 nəfər, Təbiət Tarixi Muzeyində 18 nəfər, o cümlədən Azad Həmkarlar İttifaqında 9 nəfər koronavirus əleyhinə peyvənd olunub.

AMEA-nın Naxçıvan Bölməsində 215, Gəncə Bölməsində 160, regional elmi mərkəzlər üzrə – Şəki Regional Elmi Mərkəzdə 91, Lənkəran Regional Elmi Mərkəzdə 34 nəfər vaksinasiyadan keçib və ya immunitet sertifikatını alıb.

"AMEA-da əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır. Bununla yanaşı, AMEA-ya gələn qonaqların da COVİD-19 pasportlarının olmasına nəzarət edilir.

Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri də həyata keçirilir", - AMEA-dan bildirilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən, sentyabr ayının 1-dən dövlət qurumlarının əməkdaşlarının azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Tarix
2021.09.14 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla