Yuxarı

Şok ssenari: Ermənilər qisas planı hazırlayır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Birinci Dünya müharibəsi bitdikdə almanlarla birlikdə məğlub olan Osmanlı İmperatorluğuna mənsub səlahiyyətlilərə qarşı müxtəlif ölkələrdə sui-qəsdlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri də bu sui-qəsdlərin qurbanı oldular.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay İrəvanda Osmanlı və AXC dövlət xadimlərinə qarşı sui-qəsdlər törədən və silsilə qətllər icra edən terrorçulara abidə qoyulması barədə verilən qərarı şərh edərkən deyib.

Onun sözlərinə görə, müharibə zamanı guya “qurban olan ermənilərin” qisasını almaq üçün Almaniya, Roma, Tiflis kimi önəmli yerlərdə ermənilər vasitəsi ilə peşəkar sui-qəsdlər təşkil edildi:

“Ermənilər bu terror əməllərinə bəraət üçün guya qondarma “soyqırım”ı törədənləri qətlə yetirdiklərini bildirirdilər. Ancaq terror qurbanlarının bir çoxu hətta ermənilərin iddia etdiyi yalançı “soyqırım”a yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxs idi, o cümlədən AXC yetkililəri. Bu fakt bir daha sübut edir ki, nə qədər maskalamağa çalışsalar da, bu, nüfuzlu türklərin terrorla aradan götürülməsi kimi çirkin əməliyyat idi”.

Ekspertin sözlərinə görə, “Nemezis” əməliyyatları adı verilən bu qətllər Berlində, Romada, Tiflisdə planlaşdırıldı, həyata keçirilməsi isə ermənilərə həvalə edildi:

“Aksiyaları təşkil edən, planlaşdıran başqaları idi, həyata keçirənlər isə ermənilər idi. İndi Qarabağ müharibəsinin məğlubiyyətini insanlara unutdurmaq üçün ermənilər bu sui-qəsdlərdə və terrorda istifadə olunan subpodratçılar vasitəsi ilə qəhrəmanlıq nağılı uyduracaq və Qarabağ məğlubiyyətini unutdurmağa çalışacaqlar”.

Ekspert həmçinin bu kimi addımların gələcək təhdidlərə əsas ola biləcəyini açıqlayıb:

“Önümüzdəki günlərdə türk səlahiyyətlilərinə, Türkiyə Cümhuriyyətinin rəsmilərinə, xüsusilə də Azərbaycan dövlət məmurlarına qarşı ediləcək sui-qəsdlərin əsaslandırılması üçün diqqət bu abidələrə yönləndiriləcək. Yerli əhaliyə “intiqam”ın yalnız bu formada mümkün ola biləcəyi aşılanacaq. Qarabağ müharibəsi məğlubiyyətinin qisası üçün ideoloji zəmin yaratmaq naminə indi belə bir hekayə xətti qurulur və buna görə də çox diqqətli olmaq gərəkdir”, – deyə mütəxəssis bildirib.

Tarix
2021.09.16 / 12:54
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Prezidentlər Yeni Şuşa məscidində işlərlə tanış oldu

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Prezidentlər Şuşada təkbətək görüşdü

BƏƏ prezidenti Şuşada belə qarşılandı - Fotolar

Lavrov təsdiqlədi: Azərbaycan imtina edib!

Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla