Yuxarı

Rusiya artıq İrəvana silah verməyəcək – Razuvayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya artıq İrəvana silah verməyəcək – Razuvayev

Sabah Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutacaq. Pandemiya turizmə əsaslanan Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu. Aydındır ki, görüşün əsas mövzularından biri qaz qiymətləri olacaq.

Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı ekspert Aleksandr Razuvayev deyib.

"Qazprom" üçün Ermənistan bazarı prinsipial deyil. O, çox kiçikdir. Amma əsas amil əlbəttə ki, silahdır. Rusiya silah ixracı üzrə dünyada 2-ci yeri tutur, ölkənin orta illik satış həcmi 15 milyard dollardır. Sifariş portfeli isə 60 milyard dollar təşkil edir. Birinci yerdə ABŞ-dır, lakin NATO ölkələri könüllü-məcburi olaraq Amerika silahlarını almalıdırlar. Rusiyaya gəldirkdə, o, silah bazarında yalnız kommersiya əsasında işləyir”, - o bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistana silah ixracı ilə bağlı 2 problemi var:

“Azərbaycanla baş tutan münaqişə göstərdi ki, ermənilər zəif döyüşçüdür və Rusiya silahı onların əlində anti-reklama çevirilir. Ən əsası odur ki, erməni xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan pulsuz silah istəyəcək. Xəzinədən başqa, Rusiya, Fransa və ABŞ-da biznes quran erməni oliqarxları da var. Onlar niyə atışıb Ermənistana kömək göstərmirlər ki? Zənnimcə, bu, düzgün olardı. Yeri gəlmişkən, əgər Moskva imtina etsə, İrəvan Parisdən pulsuz silah istəyə bilər. Baxaq, cavabları necə olacaq..."

Tarix
2021.10.12 / 08:45
Müəllif
Əli, Fatimə
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla