Yuxarı

Azərbaycan bu hədəfləri məhv etməlidir – Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu hədəfləri məhv etməlidir – Türk general

Şanlı Azərbaycan Ordusu düşmən tərəfindən axıdılan hər damla şəhid qanının və qətlə yetirilən mülki şəxslərin qisasını almalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşşesi, briqada generalı Yücel Karauz deyib.

Onun sözlərinə görə, Azərbaycan qələbədən sonra böyük iqtisadi layihələr həyata keçirir, travmanın şokundan ayıla bilməyən Ermənistan isə təxribatlarla məşğuldur:

“Qarabağ Zəfərinin birinci ildönümü yaxınlaşır. İldönümündə cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək və Füzuli beynəlxalq hava limanının açılışı olacaq. Müharibədə tarixi bir qələbə qazanan Azərbaycan öz zəfərini işğaldan azad edilən bölgələrdə böyük iqtisadi layihələri gerçəkləşdirməklə taclandırır. Bu travmanın təsirini üzərindən ata bilməyən Ermənistan isə “böyük qardaş”larının verdikləri silahla bölgədə terror aktları törətməklə, Azərbaycanı provokasiyaya, hüquqdan kənar fəaliyyətlərə çəkməyə cəhd edir”.

General hərbi qulluqçulara və mülki şəxslərə atəş açan qanunsuz erməni hərbi birləşmələrinin yerləşdiyi mövqelərin Azərbaycan Ordusu üçün legitim hədəf olduğu vurğuladı:

“Qarabağdakı separatçıların bütün təxribatlarının qarşısı sərt şəkildə alınmalıdır. Bunun qarşısının alınmasının yeganə yolu isə Azərbaycan əsgərlərinə atəş açan qanunsuz erməni hərbi birləşmələrinin yerləşdikləri mövqelərin yox edilməsidir. 10 noyabr bəyanatının üzərindən 1 ilə yaxın müddətin keçməsinə baxmayaraq, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu təxribatların qeydiyyatını aparmalı, bunun haqqında həm öz dövlətlərinə, həm də BMT və digər təşkilatlara hesabatlar göndərməlidirlər. Ümumiyyətlə isə Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa və dövlətlərin özünümüdafiə hüququna əsasən hərbçilərə və mülki şəxslərə atəş açan qeyri-qanuni erməni silahlı birləşmələrinin mövqelərini yox etməlidir”.

Tarix
2021.10.16 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla