Yuxarı

Nəsiminin icra başçısı istintaqda dindirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsiminin icra başçısı istintaqda dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF" MTK-nın rəhbəri Tamilla İbrahimova ifadəsini davam etdirib.

O bildirib ki, 2012-ci ildə binanın tikilməsinə icazə verilsə də, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki evlərin sakinlərini köçürərək sökməyə başlayıb: “Daha sonra binanın ərazisi torlandı. Amma şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintini saxladı, torları söküb apardı.

2018-ci il oktyabrın 14-də Türkiyəyə əməliyyata getdim. Noyabrın 5-də mən əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti davam edirdi”.

R.Quliyev deyib ki, onun sərəncamı ləğv edilsə də, tikinti davam etdirilib.

Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Hakim bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs söyləyib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar qeyd ediblər ki, həmin bina Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2021.10.18 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla