Yuxarı

“Cəbhədə son gərginlik bir daha təsdiqlədi ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentlərin görüşləri keçirilirsə, deməli, müzakirə predmeti mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü və həmsədrlərin işğal altındakı 7 rayonun qaytarılması ilə bağlı səsləndirdikləri fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, İrəvanın danışıqlara hazır olması sülh anlamına gəlmir:

"Düzdür, dəfələrlə həmsədrlərlə münaqişə tərəflərinin nümayəndələri problemin müxtəlif aspektlərini müəyyən etdikdən sonra onları dövlət başçılarının müzakirəsinə veriblər. Lakin buna baxmayaraq, Serj Sərkisyan başda olmaqla rəsmi İrəvanın yüksək nümayəndələri müxtəlif bəhanələr gətirərək danışıqları pozublar. Məhz bu səbəbdən həll porsesi hələ də uzanır. Bu il Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü nizamlamada tərpənişin olacağına dair ümidləri artırır. Bu, faktdır ki, vasitəçilər, ATƏT və digər maraqlı tərəflər həqiqətən də prosesin dinamik şəkil almasına çalışırlar. Azərbaycan ta əvvəldən öz tələblərini ifadə edib. Ermənistan isə bu kontekstdə duman yaratmaqda davam edir. Sözdə işğalçı ölkə guya sülhə hazır idi, lakin əməldə bu qətiyyən təsdiqini tapmır. Odur ki, ermənilərin danışıqlara hazır olması sülhə hazır olduqları anlamına gəlmir. Bu günlərdə təmas xəttində baş vermiş erməni təxribatları bir daha təsdiqlədi ki, İrəvan siyasi nizamlamanı bütün vasitələrlə əngəlləmək istəyir. Prosesin bu tərzdə gedişatı Ermənistanın vəziyyətini bir qədər də sınamaqla genişmiqyaslı müharibə ehtimalını artırır. Gələcəkdə İrəvan bu taktikaya söykənərək hərəkətə etməyə davam etsə, onda işğalçı qoşunların Azərbaycan torpaqlarında aqibəti acınacaqlı olacaq".

Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik iyulun 20-də Ermənistanda səfərdə olarkən mətbuat konfransında Azərbaycanın işğal altında saxlanılan 7 rayonunun geri qaytarılmalı olduğunu bildirib.

Tarix
2015.07.29 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla