Klassik Xalq Cəbhəsi
Partiyasının III qurultayı keçirilir.
Teleqraf.com xəbər verir ki, Bakının Əmircan qəsəbəsində
yerləşən S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən
qurultayda KXCP sədri Mirmahmud Mirəlioğlunun çıxışından sonra
dövlət himni səslənib. Qurultayda qonaqlarla yanaşı 300-dən çox
qurultay nümayəndəsi iştirak edir.
BAXCP sədri Qüdrət Həsənquliyev KXCP üzvlərini təbrik edib.
Qurultaya uğurlar arzu edib. AXP sədri Pənah Hüseyn də KXCP
üzvlərini təbrik edib, onlarla bir yerdə olduğunu bəyan edib. AMİP
sədri cəbhəçilərə qarşıdan gələn seçkilərində uğurlar arzu edib.
İnandığını deyib ki qurultaydan sonra KXCP bütövlüyünü saxlayacaq.
Müsavat Partiyası adından İsa Qəmbər çıxış edib.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli KXCP üzvlərini
təbrik edib. Ədalət Partiyasının sədri İlyas İsmayılov qurultayın
partiya heyətində xüsusi rol oynadığını bildirib. O deyib ki,
qurultay nöqsanları müəyyən etmək və aradan qaldırmağa xidmət
etməlidir.
VİP sədri Əli Əliyev deyib ki, KXCP rəhbərliyi qurultaylararası
müddətdə partiyanı ləyaqətlə təmsil edib. Qurultay davam edir.
Qeyd edək ki, qurultayda nizamnaməyə uyğun olaraq məsələlərə
baxılacaq. Partiya sədrinin, Mərkəzi-Nəzarət Təftiş Komissiyası
sədrinin və Ali Məclis sədrinin hesabatı dinləniləcək. Bunun
ardınca seçkilər keçiriləcək. Sədr seçkisi olacaq və MNTK-nın
tərkibi müəyyənləşəcək. Eyni zamanda, Ali Məclisin rayon-şəhər
şöbələrindən seçilmiş üzvlərinin təsdiqi olacaq.