Yuxarı

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

Tərəflər keçmiş Dağlıq Qarabağ üzrə üçtərəfli razılaşmalar kontekstində regiondakı vəziyyəti və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər. Kimin kimə zəng etməsindən asılı olmayaraq, mövzu açıq-aşkar Qarabağ və mübahisəli Ermənistan-Azərbaycan sərhədi ətrafındakı vəziyyət olub.

Bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko Vladimir Putinlə Nikol Paşinyan arasında son bir həftədə baş tutan iki telefon danışığını şərh edərkən deyib.

Analitik daha əvvəl Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında Moskva və ya Soçidə üçtərəfli görüşlə bağlı məlumat yayıldığı, lakin sonda görüşün baş tutmamasını xatırladıb:

“Bunun səbəbi, böyük ehtimal ki, tərəflərdən birinin sammitin əvvəlcədən planlaşdırılan nəticəsi ilə razılaşmaq istəməməsi olub. Və aydın məsələdir ki, sözügedən tərəf qısamüddətli şəxsi maraqları naminə vəziyyəti təhlükəli şəkildə manipulyasiya etməyə çalışan Ermənistandır. Ermənistan hesab edir ki, Azərbaycanla gərginlik yaratmaq Rusiyanın bu qarşıdurmada onun mövqeyini müdafiə etməsinə gətirib çıxaracaq. Kreml isə bunu etməkdən boyun qaçırır, çünki onun Azərbaycana, o cümlədən, Azərbaycanın müttəfiqi Türkiyəyə qarşı çıxmaq üçün heç bir əsası yoxdur. Kreml dostluq və qarşılıqlı faydalı münasibətlər istəyir”.

Korıbkonun sözlərinə görə, Prezident Putinin ötən həftə Xarici İşlər Nazirliyinin kollegiya iclasındakı çıxışı da bunu təsdiqləyib:

“Rusiya lideri çıxışı zamanı “Şübhəsiz ki, Rusiya diplomatiyası Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli, iqtisadi əlaqələrin bərpası və Cənubi Qafqazda mühüm nəqliyyat dəhlizlərinin açılması istiqamətindəki gələcək səylərdə artan rol oynayır” dedi. Rusiya dövlət başçısının bu rəsmi siyasəti bəyan etməsindən belə qənaətə gəlmək olar ki, onun ölkəsi Azərbaycana qarşı Ermənistanın tərəfini tutmaqda maraqlı deyil. Bu müşahidəyə əsaslanaraq, Prezident Putinin Baş nazir Paşinyanla son danışığında Kremlin mövqeyini aydınlaşdırmağa çalışdığını ehtimal etmək olar. O, Rusiyanın müxtəlif ssenarilərdə nələr edəcəyini və etməyəcəyini də dəqiqliklə erməni tərəfinə çatdırıb. Bu da öz növbəsində İrəvanı gərginliyin artmasına son qoymasına və mübahisəli sərhədlərlə bağlı dərhal Moskvanın vasitəçiliyi ilə Bakı ilə danışıqlara getməsinə gətirib çıxaracaq. Ümid edirik ki, Ermənistan Rusiyanın məsləhətinə qulaq asacaq və nəhayət ki, düzgün iş görəcək”.

Tarix
2021.11.23 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla