Yuxarı

Bu, Moskva üçün utancverici olacaq - Budberq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Moskva üçün utancverici olacaq - Budberq

Hazırda baş verənlər daha çox erməni elitasının ziyanınadır. Hansı ki, həmin elita onilliklər ərzində Ermənistanda aparıcı rol oynayıb. Burada söhbət iqtisadi maraqları olan qruplardan və klanlardan gedir. Həmin qruplar müharibəyə qədərki gəlir mənbələrindən məhrum ediliblər.

Axar.az xəbər verir ki,bu sözləri “Moskovskiy Komsomolets” qəzetinin siyasi şərhçisi Aleksandr Budberq İctimai TV-yə müsahibəsində deyib.

“Bu səbəbdən onlar üçtərəfli razılaşmaların həyata keçirilməsinə mane olurlar. Ona görə də həmin razılaşmaların reallaşması gecikir, o cümlədən Ermənistanın hazırkı hakimiyyətinin üçtərəfli razılaşmaların şərtlərini ölkəsinin xeyrinə dəyişmək cəhdiləri prosesi ləngidir. Ermənistan və Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət hazırda böyük və sürətli transformasiya dövrünü yaşayır. Regiondakı mövcud vəziyyət yeni böyük imkanlarla doludur. Əgər bu imkanlar reallaşmasa, o zaman bu, xüsusən Moskva üçün utancverici olacaq. Cənubi Qafqazda qurulan yeni münasibətlərin əsas benefisiarı Azərbaycandır. Çünki müharibəni məhz Azərbaycan udub”, - politoloq bildirib.

Budberqin fikrincə, İrəvanın Qarabağın ”status”u məsələsini gündəmə gətirməsi, ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqlar prosesinə qatmaq cəhdi heç bir nəticə verməyəcək:

“Rəsmi İrəvan beynəlxalq ictimaiyyətin mövqeyinə tabe olmalıdır. Azərbaycan keçmiş Dağlıq Qarabağda azərbaycanlı əhalisinin yaşadığı əraziləri də işğaldan azad edib. Bu ərazilər beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Onda indi Qarabağın hansı “status”unu müzakirə etmək olar? Ermənistan bu “status”u kimlə müzakirə edəcək? Düşünürəm ki, bu mövzu sadəcə olaraq Ermənistanda daxili auditoriyanın müzakirəsi üçün əhəmiyyət daşıyır. Lakin beynəlxalq aləm, o cümlədən Moskva üçün bu mövzu mövcud deyil”.

Tarix
2021.11.24 / 17:35
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla